Bakı, AzerVoice
ABŞ-da Orta Qərb və Cənub ştatlarında şiddətli fırtına və tornadolar baş verib.
AzerVoice xəbər verir ki, İlkin məlumata görə, fırtına və tornadolar nəticəsində 33 nəfər ölüb, və ən azı 29 nəfər yaralanıb.
Belə ki, Missuri ştatında 12, Missisipidə 12, Arkanzasda və Texasda üç, Oklahomada isə bir nəfər təbii fəlakətin qurbanı olub.
Bundan əlavə, Arkanzas ştatında 29 nəfər yaralanıb, Missuri ştatının 316 min sakini isə işıqsız qalıb.
Meteoroloji ekspertlər şiddətli fırtınanın həftəsonu da davam edəcəyini bildirib.
Bundan əlavə, Missisipi və Alabamada qasırğa təhlükəsinin artdığı bildirilib. Eyni zamanda, ani sel basqınları ilə bağlı xəbərdarlıqlar edilib.
ABŞ-ın müvafiq qurumları fövqəladə tədbirlər görməyə çalışır, lakin bölgədə təbii fəlakətin yaratdığı dağıntılar geniş miqyas alıb.