BAKI, AzerVoice
Cənubi Afrikada bir tayfa lideri kilsələri məscidə çevirmək üçün
addım atıb.
AzerVoice xəbər verir ki, Cənubi
Afrikada islama gələn keçmiş keşiş şəhadət gətirərək qəbiləsinin də
bu dini qəbul etməsinə təsir edib.
Sonradan müsəlman olan və Beynəlxalq İnformasiya və Qavrayış
Dərnəyinin Cənubi Afrika təmsilçisi kimi fəaliyyət göstərən,
Türkiyədə yerləşən İslamofobiya və İslama dəvətə qarşı fəaliyyəti
ilə tanınan Riçmond Türkiyədən göndərilən və yerli xalqın zulu
dilinə tərcümə olunmuş ayələri kilsələrin divarlarına asıb.
Bu dəyişim prosesi çərçivəsində kilsələrin məscidə çevrilməsinə yardım edəcək materiallar göndərilib. Onlar arasında Türkiyədən göndərilmiş 16 minarə, 24 dəst Allah və Məhəmməd yazılı lövhələr, 24 mehrab, Qurani-Kərimin 4000 ingiliscə tərcüməsi və broşürlər yer alıb. Fevral ayında Türkiyədən dəniz yolu ilə yola düşən bu yardımların Ramazan ayının son 10 günündə Durban limanına çatması planlaşdırılır.
Bundan əlavə, Türkiyədə nəşr edilən və xəttat Mehmet Özçayın zulu dilinə tərcümə etdiyi ayələr Cənubi Afrikadakı yeni məscid edilən kilsələrin divarlarına asılıb.
Qeyd edək ki, keçən aprel ayında Beynəlxalq İnformasiya və Qavrayış Dərnəyinin Qavrayış Şurasının üzvü Lauren Booth Maluqazi çölündə tədbir keçirərək 600 nəfərlik bir qrupun təxminən 200-nü islama dəvət edib.