BAKI,AzerVoice
Meksika Prezidenti Claudia Sheinbaum ABŞ-ın Meksikadan idxal edilən
məhsullara 25% gömrük rüsumu tətbiq etməsi ilə bağlı sərt açıqlama
verib.
AzerVoice xəbər verir ki, Sheinbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında bu qərarı qiymətləndirib.
“Meksika heç bir ölkəyə təslim olmayacaq. Lazım gələrsə,
suverenlik və ləyaqət çərçivəsində yeni ticarət tərəfdaşları
axtaracağıq”. -deyə o bildirib.
Sheinbaum ABŞ Prezidenti Donald Trampla telefon danışığını da
xatırladaraq, Meksikanın alternativ ticarət yolları axtara
biləcəyini qeyd edib.
“Əgər şərtlər dəyişməzsə, Kanada və digər ölkələrlə yeni ortaqlıqlar quracağıq. Tariflər qüvvədə qalsa, Meksikanın gələcəyi üçün mühüm qərarlar verməliyik”. - deyə o qeyd edib.
O, ölkəsinin iqtisadi müstəqilliyini qorumaq üçün bütün diplomatik və iqtisadi variantların nəzərdən keçiriləcəyini vurğulayıb.