Bakı, AzerVoice
Dünən İstanbulda keçirilən Rusiya-ABŞ heyətləri arasındakı görüşlərdə Rusiya heyətinə rəhbərlik edən Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev ABŞ-a səfir təyin edilib.
AzerVoice-un məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Darçiyevin ABŞ-a səfir təyin edilməsi üçün ABŞ-dan razılıq alıb.
Nazirlik Darçiyevin yaxın günlərdə Vaşinqtona gedəcəyini bildirib. O, İstanbul görüşündə Rusiya heyətinə rəhbərlik etmişdi.
Məlumat üçün bildirək ki, 2014-2021-ci illər arasında Rusiyanın Ottavadakı səfiri olan Aleksandr Darçiyev Moskva Dövlət Universitetində tarix təhsili alıb və ingilis, fransız dillərində sərbəst danışır. Onun bütün diplomatik karyerası Amerika Birləşmiş Ştatları və Şimali Amerika ilə əlaqəli olub.
Qeyd etmək lazımdır ki, Rusiya, 2017-ci ildə Amerika kəşfiyyat orqanlarının Rusiyanı 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etməkdə günahlandırmasından sonra San-Fransiskodakı Rusiya konsulluğunu, həmçinin Nyu-York və Vaşinqtondakı iki diplomatik binanı bağlamışdı.