BAKI,
AzerVoice
ABŞ Dövlət Departamenti İstanbulda keçirilən Rusiya-ABŞ görüşü ilə
bağlı açıqlama yayıb.
AzerVoice xəbər verir ki, məlumata görə, fevralın 27-də keçirilən görüşdə hər iki ölkənin nümayəndələri səfirliklərin fəaliyyətində yaranan problemləri həll etməyə çalışıblar.
Görüşün əsas iştirakçıları olaraq, ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Sonata Koulter rəhbərlik edib. Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Darçiyev rəhbərlik edib.
Görüşdə müzakirə olunan əsas məsələlər arasında , ABŞ tərəfi,
Moskvadakı səfirlik işçilərinin sayını artırmaq və bank
xidmətlərinə çıxış imkanlarını yaxşılaşdırmaq istədiyini
bildirib.
Hər iki ölkə, səfirliklərin fəaliyyətini normallaşdırmaq üçün ilk
konkret addımları atmaq barədə razılığa gəliblər. Eyni zamanda,
gələcək görüşlər, eyni mövzuların müzakirəsi üçün yenidən görüşmək
barədə razılıq əldə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu problemlər ABŞ-ın əvvəlki administrasiyasının yaratdığı çətinliklərdən qaynaqlanır və Rusiya səfirliyinin işinə maneələr yaradılıb.