Əsas səhifə » Öcalanın çağırışı bölgəyə sülh gətirəcək - Ağ ev

Öcalanın çağırışı bölgəyə sülh gətirəcək - Ağ ev

BAKI,AzerVoice

Öcalanın çağırışının münaqişəli bölgəyə sülh gətirəcəyinə inanırıq.

AzerVoice xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının (NSC) sözçüsü Brian Hughes deyib.

"Öcalanın bəyanatı mühüm bir hadisədir və biz ümid edirik ki, bu, hadisə bölgəyə sülh gətirəcək",- deyə o bildirib.

Qeyd edək ki, dünən PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Digər Kateqoriyalar

2025 © Azervoice