BAKI,
AzerVoice
Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaja Kallas ABŞ-ın
keçmiş prezidenti Donald Trampın Ukraynanın NATO-ya daxil olması
ilə bağlı sərt mövqeyini tənqid edib.
AzerVoice xəbər verir ki, o, NATO-ya
üzvlüyün Kiyev üçün ən yaxşı təhlükəsizlik təminatı olduğunu
vurğulayaraq, Trampın bu məsələdə Rusiyanın tələsinə düşdüyünü
iddia edib.
Kallas , avropalıların Ukrayna məsələsində ABŞ-dan asılı olmamalı olduğunu bildirib. O, əgər Avropa dövlətləri Trampın Rusiya prezidenti Vladimir Putinlə aparacağı mümkün danışıqlara qoşulmazsa, sülh sazişinin əldə edilməsində çətinliklər yaranacağını qeyd edib.
NATO-nun yeni baş katibi Mark Rutte isə Tramp ilə telefon danışığından sonra açıqlama verib. O, ABŞ və NATO-nun hər keçən gün gücləndiyini və üzv ölkələrin müdafiə xərclərini artırmaq üçün sürətli addımlar atdıqlarını bildirib.
Rutte vurğulayıb ki, NATO ölkələri Ukraynaya milyardlarla dollar əlavə yardım ayırmağa hazırdır və təhlükəsizlik zəmanətləri verərək müharibənin sonlandırılmasına töhfə vermək niyyətindədir.
Aİ və NATO rəhbərləri Ukraynanın alyansa qoşulmasını dəstəklədiklərini açıq şəkildə ifadə etsələr də, Trampın bu məsələdə sərt mövqe sərgiləməsi Avropada narahatlığa səbəb olub. Xüsusilə, ABŞ-ın mövqeyi və gələcək administrasiyanın bu məsələyə yanaşması Ukraynanın təhlükəsizlik perspektivləri üçün həlledici ola bilər.