Əsas səhifə » PKK Almaniyada qadağan olunmuş təşkilatıdır - Olaf Şolts

PKK Almaniyada qadağan olunmuş təşkilatıdır - Olaf Şolts

Bakı,AzerVoice

PKK, Almaniyada qadağan olunmuş terror təşkilatıdır.

AzerVoice xəbər verir ki, bu sözləri Almaniyanın sabiq kansleri Olaf Şolts deyib.

"Onların apardığı mübarizə çox sayda insanın həyatına son qoyub",- deyə Şolts bildirib.

Qeyd edək ki, dünən PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Digər Kateqoriyalar

2025 © Azervoice