BAKI,
AzerVoice
Kanadanın Baş naziri Castin Trudeau, ABŞ-ın tətbiq edəcəyi
tariflərə qarşı sərt cavab veriləcəyini bəyan edib.
AzerVoice xəbər verir ki, Trudeau, ABŞ prezidenti
Donald Trampın Kanada və Meksikaya tariflərin martın 4-də qüvvəyə
minəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
O, hökumətin əsas diqqətinin Kanadaya heç bir tarifin tətbiq
edilməməsinə yönəldiyini vurğulayıb və tariflərin hər iki ölkəni
narahat edən fentanil problemi ilə əlaqəli olduğunu qeyd edib.
Trudeau əlavə edib ki, Kanada bu problemin mənbəyi deyil və hökumət artıq bununla mübarizə üçün ciddi tədbirlər görüb. “Kanadaya qarşı ədalətsiz tariflər tətbiq olunarsa, biz dərhal və son dərəcə sərt cavab verəcəyik.” - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, Meksika və Kanadadan ölkəsinə narkotik axınının davam etdiyini bildirərək, bu ölkələrə tariflərin martın 4-də qüvvəyə minəcəyini açıqlayıb.