Bakı, AzerVoice
Finlandiya, ABŞ prezidenti Donald Trampın “Qrenlandiyanı satın almaq” ritorikasına cavab olaraq Danimarkanı dəstəklədiyini bəyan edib.
AzerVoice xəbər verir ki, bu haqda Finlandiyanın baş naziri Petteri Orpo açıqlama verib.
Açıqlamaya əsasən Orpo, Qrenlandiyanın Danimarkaya bağlı qalmasının tərəfdarı olduqlarını ifadə edərək, bu mövzuda Danimarka ilə əlaqə saxladıqlarını bildirib.
Eyni zamanda, Orpo Trampın Avropaya tədbiq edəcəyi mümkün sanksiyaların Finlandiyanın ixracına zərər verəcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını ciddi qəbul etmədiyini bildirən Orpo, bu açıqlamaların ciddi ola biləcəyinə diqqət çəkərək, əsas məsələnin sərhədləri heç kimin dəyişdirə bilməyəcəyi olduğunu bildirib.