Əsas səhifə » ABŞ Kolumbiyaya qarşı sanksiyaları ləğv edəcək

ABŞ Kolumbiyaya qarşı sanksiyaları ləğv edəcək

Bakı, AzerVoice

ABŞ Kolumbiya mallarına gömrük rüsumları və digər sanksiyaları tədbiq etməkdən imtina edib.

AzerVoice xəbər verir ki, bu barədə Ağ ev məlumat verib.

Ağ evin verdiyi bəyanatda deyilir ki, Kolumbiya deportasiya edilmiş miqrantları daşıyan təyyarə uçuşlarını qəbul etməyə razılaşdıqdan sonra ABŞ Kolumbiyaya tariflər tətbiq etməyəcək.

Xatırladaq ki, Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən miqrantları daşıyan iki ABŞ hərbi təyyarəsinə enməyi rədd etdikdən sonra ABŞ prezidenti Donald Tramp bütün Kolumbiya mallarına 25 faiz gömrük rüsumunun tətbiq edilməsi barədə göstəriş verib.

Digər Kateqoriyalar

2025 © Azervoice