113
Bakı,
AzerVoice
Kolumbiya prezidenti Qustavo Petro, ABŞ-dan deportasiya edilən
kolumbiyalı miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə
verməkdən imtina edərək, bu qərarın səbəbini ABŞ rəsmilərinin
miqrantlara cinayətkar kimi yanaşması ilə əlaqələndirib.
AzerVoice
xəbər verir ki, Prezident Petro sosial media hesabında
verdiyi açıqlamada, ABŞ-ın miqrantlara qarşı münasibətini tənqid
edib.
"ABŞ miqrantlara cinayətkar kimi baxa bilməz. Kolumbiyalı miqrantları daşıyan ABŞ təyyarələrinin ərazimizə girməsinə icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ onlarla ləyaqətlə davranmaq üçün protokol yaratmalıdır." - deyə o bildirib.
Petro, mühacir təyyarələrinin gələcəyi təqdirdə, onları bayraq və çiçəklərlə qarşılayacaqları barədə təlimat da verib.
Kolumbiya rəhbərliyinin bu qərarına cavab olaraq, ABŞ-ın Boqotadakı səfirliyi isə viza xidmətlərini dayandırıb.