Əsas səhifə » Meksika ABŞ-ın deportasiya siyasətinə qarşı yeni proqramlar hazırlayır

Meksika ABŞ-ın deportasiya siyasətinə qarşı yeni proqramlar hazırlayır

Bakı, AzerVoice

Meksika prezidenti Claudia Sheinbaum, ABŞ Prezidenti Donald Trampın qərarları əsasında deportasiya ediləcək meksikalı miqrantlar üçün məşğulluq proqramları hazırladıqlarını bildirib.

AzerVoice xəbər verir ki , Meksika prezidenti Sheinbaum açıqlamasında "Əmək Koordinasiya Şurası ABŞ-dan deportasiya oluna biləcək meksikalılar üçün təxminən 35 min iş yeri təklif edib, bu vəzifələr müxtəlif sənaye sahələrini, xüsusilə də istehsal sektorunu əhatə edir", – deyə qeyd edib.

Meksikanın ən böyük biznes bloku olan Biznes Koordinasiya Şurası, 2000-dən çox təşkilatı təmsil edir.

Sheinbaum administrasiyası, Trampın siyasətinin yaratdığı çətinliklərə qarşı çıxmaq üçün "Plan Mexico" təşəbbüsünü hazırlayıb. Təşəbbüs Meksikanı dünyanın ən böyük 10 iqtisadiyyatından birinə çevirməyi, illik sərmayəni Ümumi Daxili Məhsulun (ÜDM) 25 faizinə çatdırmağı, 1,5 milyon əlavə iş yeri yaratmağı və material və məhsulları Meksikada istehsal etməklə. ən azı 50 faizinin idxalını artırmağı hədəfləyir,

Bu arada, Trampın deportasiya təcrübələri yalnız meksikalılarla məhdudlaşmır. Qonşu ölkə olan Meksika, immiqrantlar üçün tranzit ölkə funksiyasını da yerinə yetirir və başqa ölkələrdən gələn miqrantları da qəbul edir. ABŞ-dan qovulmuş miqrantların Meksika ərazisinə sıxışdırılması ehtimalı milyonlarla miqrantın ölkəyə axın etməsi ilə bağlı narahatlıq doğurur.

Məlumata görə, Sheinbaum administrasiyası meksikalı olmayan immiqrantlar üçün də hazırlıq görür. Belə ki, ABŞ sərhədində deportasiya edilmiş qaçqın axınına qarşı müvəqqəti sığınacaqlar qurulmağa başlanıb. ABŞ sərhədində yerləşən Matamoros, Reynosa və Nuevo Laredo şəhərlərində artıq 2500 nəfərlik sığınacaqlar tikilməyə başlanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice