Əsas səhifə » İsrailin Qəzzaya hücumları beynəlxalq təhdiddir - Fidan

İsrailin Qəzzaya hücumları beynəlxalq təhdiddir - Fidan

BAKI, AzerVoice

İsrailin təcavüzü nəzarət altına alınmasa, nəticələri bütün dünyada hiss olunacaq.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRİKS Liderlər Zirvəsində çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarının qlobal təhlükəyə çevrildiyini bildirib.

Nazir vurğulayıb ki, İsrailin təcavüzkar siyasəti nəzarət altına alınmazsa, bunun nəticələri yalnız bölgə ilə məhdudlaşmayacaq , qlobal miqyasda təsirlər yaradacaq.

Fidan çıxışında həmçinin qeyd edib ki, Qəzzada baş verənlər bölgədə onilliklər ərzində əldə olunan bütün irəliləyişləri geri atıb və bu humanitar fəlakət ciddi böhran yaradıb.

“Fələstin xalqının yaşadığı faciə bu gün müzakirələrin mərkəzindədir. Bu vəziyyət beynəlxalq sülh və təhlükəsizliyin təminində məsuliyyət daşıyan qurumların legitimliyinə kölgə salır.” - deyə o əlavə edib.

Fidan, Türkiyənin sülh yolu ilə həll və gərginliyin azaldılması istiqamətində səylərini davam etdirdiyini və bölgədə daimi sabitliyin təmin olunması üçün hərtərəfli dəstəyə hazır olduqlarını da bildirib.

Qeyd edək ki, Hakan Fidan sessiya çərçivəsində qloballaşmanın yaratdığı qarşılıqlı asılılıqdan da danışaraq, enerji və kritik minerallar sahəsində dəyər zəncirlərinin həssaslığını vurğulayıb. O, həmçinin süni intellektin qlobal idarəçiliyinin önəmini qeyd edərək, bu texnologiyanın yeni hökmranlıq vasitəsinə çevrilməsinin qarşısının alınmasının vacibliyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice