Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Dəniz rabitəsində təhlükəsizlikdə ilk yerli NAVTEX istifadəyə verilib - Uraloğlu

    13 Yanvar 2025 10:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Dənizçilərə təhlükəsizlik, naviqasiya və hava şəraiti ilə bağlı mühüm məlumatların ötürülməsini təmin edən yerli və milli NAVTEX sisteminin istifadəyə verilib.

    AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib ki, bu sistem dəniz rabitəsinin təhlükəsizliyini və səmərəliliyini artırmağı hədəfləyir və Türkiyə dənizçilik sektoru üçün mühüm addımdır.

    Dəniz Rabitə Sistemlərinin Modernləşdirilməsi Layihəsi çərçivəsində ASELSAN tərəfindən hazırlanmış NAVTEX (Naviqasiya Teleks) sistemi 2023-cü ilin may ayından quraşdırılmağa başlayıb və 2024-cü ilin sonuna kimi müvəqqəti qəbul testləri uğurla tamamlanıb. Layihənin ikinci mərhələsi 2025-ci ilin sonuna qədər başa çatdırılacaq və bu çərçivədə üç NAVTEX stansiyasının modernləşdirilməsi həyata keçiriləcək.

    Nazir Uraloğlu vurğulayıb ki, NAVTEX sistemi Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi standartlara uyğun olaraq 518 kHz beynəlxalq və 490 kHz milli tezlik diapazonlarında mətn mesajları göndərir. Bu sistem dənizçilərə təhlükəsiz naviqasiya üçün hava şəraiti, təhlükəsizlik xəbərdarlıqları, xilasedici əməliyyatlar və digər kritik məlumatların çatdırılmasını təmin edir.

    Yeni sistem sayəsində NAVTEX mesajlarının ötürülməsi daha etibarlı, sürətli və səmərəli şəkildə həyata keçiriləcək. NAVTEX-in əsas funksiyaları xilasedici əməliyyatlarla bağlı fövqəladə xəbərdarlıqlar, meteoroloji xəbərdarlıqlar (tufan, dəniz şəraiti), naviqasiya xəbərdarlıqları (sahil mühafizəsi, kanal statusu), və təhlükəli vəziyyətlərlə bağlı məlumatların ötürülməsidir.

    Uraloğlu bildirib ki, Türkiyənin dörd əsas NAVTEX stansiyası vasitəsilə bu mesajlar yayımlanır və dəniz rabitəsinin təhlükəsizliyinə yeni töhfələr verir. Sistemin yenilənmiş infrastrukturu sayəsində Türkiyənin dəniz sahəsində rabitə və təhlükəsizlik imkanları daha da genişlənəcək.

    #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə sabitləşdirmə səylərini və iki dövlətli həlli dəstəkləməyə hazırdır - Hakan Fidan

    19 Fevral 2026 21:04

    Ambarlı limanı regionun dəniz qovşağına çevrilir: Yanvar hesabatı (ÖZƏL)

    19 Fevral 2026 14:04

    Türkiyə bayraqlı gəmilərlə 2,3 milyon ton yük daşınıb (ÖZƏL)

    19 Fevral 2026 10:00

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    18 Fevral 2026 14:17

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Türkiyə limanlarına BƏƏ-dən tranzit yük daşınması artıb (ÖZƏL)

    17 Fevral 2026 16:08

    Türkiyənin İskenderun limanında xarici bayraqlı gəmilər üstünlük təşkil edib (ÖZƏL)

    17 Fevral 2026 12:00

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24
    XƏBƏR LENTİ

    Prezident Trampın "Maksimum Təzyiq 2.0" strategiyasının hərbi mərhələsi

    İranla nüvə sazişi üzrə qərar 10 günə aydınlaşa bilər - Tramp

    Xalq şairi Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olunub

    Türkiyədən Özbəkistana dəri məhsulları ixracı 8,8 faiz artıb (ÖZƏL)

    Enerji mərkəzi Türkiyə: Beynəlxalq nəhənglərlə ortaq hasilat dövrü

    Yuxuda it dişləməsi nəyə işarədir? Xəyanət və məsuliyyətdən qaçmağın yozumu

    Ramazan zəfərləri: İslam sivilizasiyasını xilas edən böyük döyüşlərin analizi

    Ağ Evdə yadplanetli davası: Tramp Obamanı "məxfi sızdırmada" günahlandırdı

    İslam tarixində Ramazan zəfərləri: Qədisiyyə zəfəri və Sasani imperiyasının süqutu

    Bu gün kosmonavt Con Qlenn Yer ətrafında dövrə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.