Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

    25 Oktyabr 2025 09:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. AzerVoice

    Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin beşinci ildönümüdür.

    AzerVoice xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

    İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

    Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

    Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

    Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

    Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

    Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

    #Qubadlı #Zəfər xronikası #Qubadlı Şəhəri Günü #Zəfər xronikası. 25 oktyabr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib

    25 Oktyabr 2025 07:30

    Qubadlının işğaldan azad olunmasından beş il ötür

    25 Oktyabr 2025 00:18

    Zəfər xronikası. 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

    24 Oktyabr 2025 08:37

    44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr

    23 Oktyabr 2025 00:34

    Zəfər xronikası. 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib

    22 Oktyabr 2025 08:00

    Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 5 il ötür

    22 Oktyabr 2025 00:30

    Zəfər xronikası. 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

    21 Oktyabr 2025 08:00

    Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

    21 Oktyabr 2025 00:50

    Zəfər xronikası. 20 oktyabr 2020-ci il: Birinc vitse-prezidenti Mehriban Əliyeva Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı paylaşım edib

    20 Oktyabr 2025 09:00

    Zəfər xronikası. 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqladı

    20 Oktyabr 2025 07:00

    44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr

    20 Oktyabr 2025 00:10

    Zəfər xronikası. 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibə verib

    19 Oktyabr 2025 10:38
    Demo
    XƏBƏR LENTİ

    Trabzonspor Eyüpspor qarşısında qalibiyyət seriyasını uzatmaq istəyir

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

    Türkiyənin Bodrum limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Tramp Kim ilə görüşəcək ?

    Xarici İşlər Nazirliyi Qazaxıstanı təbrik edib

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    Türkiyədən Türkmənistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

    Pakistan beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağırır

    2025-ci ilin əvvəlindən bəri Livandan 300 minə yaxın suriyalı qaçqın vətəninə qayıdıb - BMT rəsmisi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.