Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək

    22 Oktyabr 2025 13:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,TurkicWorld

    Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək.

    TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirilməlidir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    "2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur.

    Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

    Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.

    Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.

    Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür", - Sərəncamda qeyd olunub.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib

    22 Oktyabr 2025 14:52

    Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib

    22 Oktyabr 2025 14:39

    Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb

    22 Oktyabr 2025 14:34

    Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

    22 Oktyabr 2025 12:40

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    22 Oktyabr 2025 00:17

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    21 Oktyabr 2025 21:17

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    21 Oktyabr 2025 20:24

    Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

    21 Oktyabr 2025 17:02

    Prezident İlham Əliyev: Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyük potensiala malikdir

    21 Oktyabr 2025 16:20

    Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər

    21 Oktyabr 2025 14:23

    Prezident İlham Əliyev: TRIPP layihəsi mütləq reallaşdırılacaq

    21 Oktyabr 2025 14:11

    Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub

    21 Oktyabr 2025 13:58
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Çinə dəri ixracı 11 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliklərii arasında protokol imzalanıb

    Ərdoğan və Əl Tani-nin iştirakı ilə Türkiyə–Qətər arasında yeni anlaşmalar imzalanıb

    Türkiyə və Avstraliya hava limanları arasında strateji əməkdaşlıq qurulub

    Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib

    Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib

    Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb

    Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Qəzzadaki səhiyyə fəlakəti nəsillər boyu davam edəcək - ÜST baş direktoru

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.