Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev: Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir

    23 Oktyabr 2025 11:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkənin Baş naziri Viktor Orbanı və Macarıstan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

    AzerVoice xəbər verir ki, dövlətimizin başçısının təbrik məktubunda qeyd edilib: “Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.

    Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.

    Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir.

    Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

    Azərbaycan Prezidenti belə bir əlamətdar gündə Viktor Orbana möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətində uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

    itərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.

    Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir.

    Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

    Azərbaycan Prezidenti belə bir əlamətdar gündə Viktor Orbana möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətində uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Viktor Orbanı təbrik edib

    23 Oktyabr 2025 11:13

    Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib

    22 Oktyabr 2025 14:52

    Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib

    22 Oktyabr 2025 14:39

    Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik məktubu ünvanlayıb

    22 Oktyabr 2025 14:34

    Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək

    22 Oktyabr 2025 13:06

    Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

    22 Oktyabr 2025 12:40

    44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

    22 Oktyabr 2025 00:17

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    21 Oktyabr 2025 21:17

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    21 Oktyabr 2025 20:24

    Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

    21 Oktyabr 2025 17:02

    Prezident İlham Əliyev: Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyük potensiala malikdir

    21 Oktyabr 2025 16:20

    Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər

    21 Oktyabr 2025 14:23
    Demo
    XƏBƏR LENTİ

    İran iqtisadi diplomatiya ilə sanksiyaların təsirini azaltmağı planlaşdırır

    Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyəyə çatıb

    Media subyektləri üçün vergi güzəştinin müddəti artırılır

    İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bəkaa bölgəsini bombalayıb

    Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 186 milyon dolları keçib (ÖZƏL)

    BMT Qəzzanın 61 milyon ton dağıntı altında qaldığını bildirib

    Türkiyə ilə Oman arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalanıb

    MAQATE Afrikada mülki nüvə əməkdaşlığının mərkəzi kimi Əlcəzairi seçib – Qrossi

    6 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    Qəzzada Beynəlxalq Sabitlik Gücünün yaradılması planlaşdırılır - Türkiyə MN

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.