Əsas səhifə » Viktor Orban Macaırstan iqtisadiyyatına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Viktor Orban Macaırstan iqtisadiyyatına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

BAKI,AzerVoice

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin iqtisadiyyatına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

AzerVoice-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.

“Ötən il Macarıstanın ilk dəfə olaraq Azərbaycan qazı əldə etməsinə görə Azərbaycan prezidentinə təşəkkür etmək istəyirəm. Bundan başqa, biz iri macar şirkətlərinin Azərbaycanda enerji layihələrinə qoşulmaq imkanı əldə etdiklərinə görə minnətdarıq”, - Orban TDT-nin Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısında bildirib.

Onun sözlərinə görə, Macarıstanın öz enerji-resurslarına malik olmadığı nəzərə alınsa, bu Budapeşt üçün bu xüsusi önəm kəsb edir.

Digər Kateqoriyalar

2025 © Azervoice