Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev: Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub

    21 May 2025 12:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub.

    AzerVoice xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı söyləyib.

    Prezident İlham Əliyevin çıxışı

    -Hörmətli cənab Baş nazir.

    Hörmətli dövlət başçıları.

    İlk növbədə, qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm.

    Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

    Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Bütün əldə edilmiş uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.

    Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil olunur.

    Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm.

    Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək və Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.

    Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.

    Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

    Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.

    Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.

    Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.

    Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

    Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.

    Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.

    Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1, 5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

    Hörmətli həmkarlar, bildiyiniz kimi, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.

    Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.

    Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.

    Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.

    COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.

    COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.

    Çıxışımın sonunda Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edir, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram.

    Sağ olun.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu ünvanlayıb

    17 Fevral 2026 11:30

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    16 Fevral 2026 21:10

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    16 Fevral 2026 17:43

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    16 Fevral 2026 14:27

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    16 Fevral 2026 13:10

    Prezident İlham Əliyev: Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

    16 Fevral 2026 11:11

    Prezident İlham Əliyev Gitanas Nausedanı təbrik edib

    16 Fevral 2026 11:10

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    15 Fevral 2026 18:22

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    15 Fevral 2026 18:16

    Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

    15 Fevral 2026 18:13

    Prezident İlham Əliyev: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var (TAM BƏYANAT)

    15 Fevral 2026 18:13

    Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

    15 Fevral 2026 18:05
    XƏBƏR LENTİ

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    İran hərbi təlimlər fonunda Hörmüz boğazının bir hissəsini müvəqqəti bağlayacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.