İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham
Əliyevə təşəkkür edib.
AzerVoice -in məlumatına görə, bununla
əlaqədar İran prezidenti "X" sosial şəbəkəsindəki hesabında
paylaşım edib.
"Ötən gün Bakıda əziz qardaşım Azərbaycan Prezidenti İlham
Əliyevlə anlaşmalar əldə olundu və sənədlər imzalandı.
Bu səfər elm, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik
sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni perspektivlərin
açıqlması və etimadın artırılması üçün başlanğıc idi. Cənab İlham
Əliyevə qonaqpərvərliyə görə təşəkkür edirəm", - deyə İran
prezidenti bildirib.