Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Sudanda aclıqdan ölənlərin sayı artır

    22 Noyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Sudanın mərkəzində yerləşən Kordofan bölgəsində aclıq və kəskin qida çatışmazlığı səbəbindən bir ay ərzində 23 uşaq həyatını itirib.

    AzerVoice xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsi ölümlərin 20 oktyabr–20 noyabr tarixləri arasında mühasirədə olan Kadugli şəhəri və Dilling qəsəbəsində qeydə alındığını bildirib.

    Ölkədə 30 aydan çoxdur davam edən və ordunun Sürətli Dəstək Qüvvələri (RSF) ilə toqquşması nəticəsində yaranan müharibə humanitar vəziyyəti kəskin şəkildə pisləşdirib. BMT-nin məlumatına görə, müharibə 40 min insanın ölümünə səbəb olub, 14 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb və ölkənin geniş hissələrində aclıq hökm sürür.

    Beynəlxalq qida təhlükəsizliyi mütəxəssisləri sentyabr ayına olan qiymətləndirmədə Kordofan və Darfurda 370 min insanın artıq aclıq vəziyyətinə düşdüyünü, 3,6 milyon insanın isə aclığa bir addım qaldığını bildirir.

    RSF tərəfindən aylardır mühasirədə saxlanan Kadugli şəhərində bu ay rəsmi olaraq aclıq elan edilib. Eyni şərtlərin müşahidə edildiyi Dillingdə isə məlumat çatışmazlığı səbəbindən aclıq rəsmən elan edilməyib.

    Eyni zamanda, peyk görüntüləri Darfurun əl-Faşir şəhərində RSF qüvvələrinin kütləvi qətllərdən sonra cəsədlərin gizli şəkildə yandırılması və basdırılması ilə bağlı fəaliyyətlərini göstərir. ÜST-ün məlumatına görə, RSF tərəfindən şəhərdəki Səudiyyə Xəstəxanasına edilən hücumda 450-dən çox insan qətlə yetirilib.

    Humanitar təşkilatlar xəbərdarlıq edir ki, əl-Faşirdə yaşayan mülki əhalinin böyük hissəsi ya öldürülüb, ya itkin düşüb, ya da təhlükədən qaçmaq üçün bölgəni tərk etməyə məcbur olub.

    #Sudan #Sudanın yenidən qurulması #Sudan iqtisadi inkişaf #Sudan ordusu və RSF münaqişəsi #Susuzluq və aclıq #Aclıq və qida çatışmazlığı #Sudan RSF hücumu #Sudan ordusu və RSF toqquşması #uşaqlar aclıqdan ölür #Sürətli Dəstək Qüvvələri (RSF) #RSF qüvvələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahurda bu səhvi etmə! Gün boyu peşman olacaqsan…

    18 Fevral 2026 21:12

    BMT Sudanda 8 milyondan çox insanın kəskin aclıqla üz-üzə qaldığını açıqlayıb

    20 Yanvar 2026 11:05

    Türkiyə Sudan sülhü üçün Qahirədə keçirilən kritik müşavirədə iştirak edib

    15 Yanvar 2026 12:00

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Sudanda inqilabın 7-ci ildönümü: BƏƏ humanitar yardım və sülh çağırışını təkrar etdi

    30 Dekabr 2025 12:12

    Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

    25 Dekabr 2025 02:00

    Sudan ordusu və müttəfiq milis tərəfindən etnik zorakılıq kampaniyası

    22 Dekabr 2025 14:16

    ABŞ və BƏƏ XİN rəhbərləri Sudanda atəşkəs məsələsini müzakirə edib

    18 Dekabr 2025 12:28

    Sudan yenidən dünyanın ən ağır humanitar böhranı olan ölkəsi seçilib

    16 Dekabr 2025 10:10

    Aİ Sudanın Darfur bölgəsinə humanitar yardım üçün hava körpüsü yaradıb

    15 Dekabr 2025 16:59

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    15 Dekabr 2025 10:21

    ABŞ Sudanda müharibəni dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq edib

    10 Dekabr 2025 11:56
    XƏBƏR LENTİ

    "Mir" Stansiyası və Türkmənistanın Bayramı: 19 Fevral Dosyesi

    Təravih namazı haqqında hər şey: Hökmü, rükət sayı və qılınma vaxtı

    Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    Sahurda bu səhvi etmə! Gün boyu peşman olacaqsan…

    İranın uran ehtiyatlarını Rusiyaya verməsi küncə sıxışdırılma əlamətidir - Rufiz Hafizoğlu

    Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

    Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

    Evlərin sökülməsi ilhaq planının tərkib hissəsidir - HƏMAS

    Naxçıvanda avtobus marşrutları "BakuBus"a həvalə edildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.