Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ordusu Suriya DİN-in qərargahına PUA hücumu edib

    8 Avqust 2025 22:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın cənubunda yerləşən Kuneytra vilayətindəki Daxili İşlər Nazirliyinin qərargahına hava hücumu təşkil edib.

    AzerVoice xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, hücum yerli vaxtla saat 20:06 radələrində Kuneytranın Səlam bölgəsində yerləşən Daxili İşlər Nazirliyinə bağlı hərbi obyekti hədəf alıb.

    Hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.

    Hazırkı vaxtadək nə Suriya hökuməti, nə də İsrail tərəfindən rəsmi açıqlama verilməyib. Eyni zamanda, İsrailə məxsus PUA-larının Suriya hava məkanında uçuşlarını davam etdirdiyi bildirilir.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #İsrail #PUA #Suriya #hava hücumu #İsrail ordusu #PUA hücumu #Pilotsuz uçuş aparatı (PUA) #İsrailin Suriyadakı işğal siyasəti #İsrailin Suriyaya müdaxiləsi #İsrailin Suriya siyasəti #İsrailin Suriya sərhədindəki mövqeyi #İsrailin hava zərbələri #Raket zərbəsi #Raket zərbələri #Hava zərbəsi #hava zərbələri #İsrail PUA hücumu #İsrail-Suriya gərginliyi #İsrail Suriya hücumu #İsrail Suriyada #İsrail hava zərbələri Suriya #İsrail hava zərbəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

    28 Oktyabr 2025 21:41

    Türkiyə və İordaniya arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi başlayır

    28 Oktyabr 2025 16:31

    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib

    27 Oktyabr 2025 22:47

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

    27 Oktyabr 2025 18:26

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    27 Oktyabr 2025 14:33

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    27 Oktyabr 2025 13:59

    Qəzza Məhkəməsi İsrailin Qəzzədəki cinayətlərini “Soyqırım” olaraq tanıdı

    26 Oktyabr 2025 19:06

    Qəzzədə girovların cəsədlərini axtarmaq üçün yeni ərazilərə daxil olacağıq - HƏMAS

    26 Oktyabr 2025 16:18

    Qəzzada yenidən atəşkəs pozulub

    25 Oktyabr 2025 23:26

    HƏMAS VƏ Fəth Misirdə Trampın Qəzza planını müzakirə edib

    25 Oktyabr 2025 18:55

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Pakistan beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağırır

    25 Oktyabr 2025 09:14
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib

    Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə paylaşım edib

    İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

    ABŞ Yaponiyaya ilk raket tədarükünü təsdiqləyib

    Prezident İlham Əliyev: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

    Prezident İlham Əliyev: Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir

    Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

    Prezident İlham Əliyev: Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir (TAM NİTQ)

    Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib

    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.