BAKI, AzerVoice
İyunun 13-dən etibarən İran tərəfindən İsrail ərazisinə qarşı 500-dən çox raket və mindən çox pilotsuz uçuş aparatı (PUA) buraxılıb.
AzerVoice xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, hücumlar nəticəsində 25 nəfər həlak olub, 1 361 nəfər isə yaralanıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.