Əsas səhifə » Hərbi xidmətdən azad olunma qanununu qəbul edə bilmərik - İsrail müxalifəti

Hərbi xidmətdən azad olunma qanununu qəbul edə bilmərik - İsrail müxalifəti

BAKI, AzerVoice

Hərbi xidmətdən azad olunma qanununu qəbul edə bilmərik.

AzerVoice xəbər verir ki, bunu İsrail parlamentini (Knesset) müxalif deputatı Yair Lapid deyib.

"Bu Knesset artıq bitib. Siz bizi bir fəlakətdən digərinə sürükləməyə davam edə bilməzsiniz. İsrail övladları hər gün vətənimizi müdafiə etmək üçün ölür. Biz hər gün cəbhədə övladlarımızın öldüyünü görə-görə hərbi xidmətdən azad olunma qanununu qəbul edə bilmərik" - deyə, İsrailin "Yedioth Ahronoth" qəzeti onun sözlrini sitat gətirib.

Xatırladaq ki, İsrail Baş naziri Binyamin Netanyahu hökumətinin koalisiyasında ultraortodoks yəhudi kişilərinin orduya çağırılması məsələsi uzun müddətdir mübahisə mövzusu olub.

Nəşr yazır ki, Qəzzada müharibə səbəbindən hərbi xidmətdə olan əsgər çatışmazlığı ilə bağlı təcili xəbərdarlıqlar artıb.

Onilliklərdir ultraortodoks icmalarının kişiləri məcburi hərbi xidmətdən azad edilmişdi, lakin bu azadolma ötən il başa çatdı və hökumət bu xüsusi statusu qüvvədə saxlamaq üçün yeni qanun qəbul edə bilmədi.

İsrail Ali Məhkəməsi ötən ilin yayında ultraortodoks kişilərinin də hərbi xidmətə cəlb olunmasına hökm verdi.

Çoxlu sayda ultraortodoks yəhudiləri hərbi xidmətin onların dini həyat tərzinə təhlükə yaratdığını düşünür, çünki kişilər və qadınlar birlikdə xidmət edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice