Bakı, AzerVoice
İsrail ordusunun Qəzza zolağının mərkəzi və cənub bölgələrində həyata keçirdiyi hücumlarda 16 fələstinli həyatını itirib.
AzerVoice xəbər verir ki, bu barədə Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərindəki Məscidül-Əqsa Şəhidləri Xəstəxanasından məlumat verilib.
İsrail ordusuna məxsus silahlı pilotsuz uçuş aparatlarının (PUA) Deyr əl-Belahın şərqində həyata keçirdiyi hücumlarda 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Fələstin səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsində evə təşkil etdiyi hücumda biri qız olmaqla 6 fələstinli həyatını itirib.
Qəzzanın cənubundakı Xan Yunus və Rəfah şəhərlərinə edilən hücumlarda 6 fələstinlinin həyatını itirdiyi qeyd edilib.
Hafiz Rufizoğlu