Əsas səhifə » Səudiyyə ilə İran arasındakı mübarizə dünya təhlükəsizliyini necə təhdid edir?

Səudiyyə ilə İran arasındakı mübarizə dünya təhlükəsizliyini necə təhdid edir?

Bakı, AzerVoice

Kitab təqdimatı

2020-ci ilin oktyabr ayında nəşr olunan Krieg am Golf (Körfəzdə müharibə) kitabı, İran və Səudiyyə Ərəbistanı arasındakı güc mübarizəsinin dünya təhlükəsizliyini necə təhdid etdiyini ələ alır. Alman dilində yazılmış bu kitab İranın təsir dairəsində olan ölkələrdə cərəyan edən hadisələri və onun münaqişə bölgələrindəki bütün fəaliyyətini təfərrüatlara varmadan əsas konturları ilə və ən zəruri məlumatlarla ümumiləşdirir. Bu, İran və Səudiyyə Ərəbistanı arasındakı rəqabət sahələrini araşdıranlar üçün yaxşı stolüstü bir kitabçadır.

Kitabın müəllifi Guido Steinberg-in tədqiqat sahəsi Yaxın Şərq və Afrikadır. 2001-ci ildə Berlin Universitetində "Yaxın Şərqin Sosial Tarixi və Mədəniyyəti Mərkəzi"ndə araşdırma koordinatoru vəzifəsində çalışan Steinberg, 11 sentyabrdan sonra terror sahəsinə diqqətini artırdı və 2002-2005-ci illərdə Bundeskanzlaramtda beynəlxalq terrorizm üzrə məsləhətçi olaraq çalışdı. Almaniyanın Yaxın Şərq üzrə tanınmış ekspertlərindən biri olan Steinberq hazırda SWP Berlin Araşdırma Mərkəzində işləyir.

Krieg am Golf İranın Yaxın Şərqdəki xarici siyasət meyllərini araşdırarkən məzhəb faktorlarını nəzərə alaraq şiə-sünni münaqişəsini də ümumi perspektiv kimi təqdim edib. Əslində, müəllif İranın regionda şiə ayparası çərçivəsində formalaşan fəaliyyətini öz təhlükəsizliyinə əsas təhdid kimi görən regionun dominant sünni aktyorları ilə olan münaqişələrini dərindən müşahidə edib. Bu kontekstdə siyasi və hərbi hadisələri dəyərləndirərkən əsasən diqqətdən kənarda qalan bir çox detallar bu kitabda nəzərə çatdırılaraq onu digərlərindən fərqli edir. Səudiyyə Ərəbistanı və İranı Yaxın Şərqin iki əzəli rəqibi kimi təqdim edən müəllif bu iki ölkənin bütün daxili dinamikasını ətraflı şəkildə araşdırır. Kitab, xüsusən də Trampın Səudiyyə Ərəbistanına siyasi və hərbi dəstək verməsindən və İrana qarşı tarixində ən böyük sanksiyaları tətbiq etməsindən sonra Yaxın Şərqdə balansın hansı istiqamətdə dəyişə biləcəyinə də toxunur.

Obama 2009-cu ildə “İran kimi ölkələr ovuclarını açsalar, bizim əllərimizin onlara uzandığını görəcəklər” deməsi ilə Körfəz ölkələri çox böyük məyusluq keçirmişdi. Lakin, sonradan Trampın hakimiyyətə gəlməsi ilə İrana qarşı həyata keçirdiyi siyasətə rəğmən Körfəz yenə də mövcud sistemi dəyişmək imkanı tapa bilmədi. Müəllif xüsusilə 2011-ci ildə başlayan ərəb baharından sonra Misirdə Hüsnü Mübarəkə dəstək verməyən, Bəşər Əsədə qarşı passiv qalan və İranla Nüvə Müqaviləsini imzalayan Obamaya qarşı "güvənilməyən" adını istinad edən Məhəmməd bin Zayed və onun müttəfiqi Məhəmməd bin Salmanın İrana qarşı apardıqları ümumi siyasəti ən aydın şəkildə oxucularına təqdim etməyə çalışmışdır.

Kitabın beş hissəyə bölünən birinci hissəsi 2011-2019-cu illər arasında İran və Səudiyyə Ərəbistanı arasında münaqişənin Yaxın Şərqdə mərkəzi rolunu və onun dünya siyasəti üçün nəticələrini əhatə edir. İran və Səudiyyə Ərəbistanının Yaxın Şərqdə baş verən hadisələri formalaşdırmaq və istiqamətləndirmək gücünə necə sahib olduqları bu fəslin əsas təhlil nöqtəsini təşkil edir. Şah Dövründən qalma 400.000 əsgəri, bəziləri ultra müasir olan 500 döyüş təyyarəsi, 1600 tank, top və hər növ raketlə İran ilk dəfə 1980-ci illərdə İnqilab ixrac etməyə başladı.

Xomeyni öz şiə ideologiyasına daxil olan İnqilabın təkcə şiələr üçün deyil, bütün İslam dünyası üçün ixracını düşünürdü; Bununla belə, bunu öz monarxiyaları üçün təhlükə kimi görən Səudiyyə Ərəbistanı ilə Körfəz ölkələri İran İslam Respublikası arasında gərginlik ortaya çıxdı. İnqilabın ilk illərində İraqla başlayan müharibədə Səudiyyə Ərəbistanı və Küveyt İraqı dəstəkləmiş, İraqda İrana qarşı tampon ölkə rolunu oynayan Baas rejiminin ayaqda qalmasını istədilər. Necə ki, bu müharibə ilə İnqilabın ixracının ilk ayağını bu savaşda kəsməyə çalışan səudiyyəlilər ilə İran arasındakı gərginlik, İranın 1987-ci ildə Səudiyyə Ərəbistanı və Küveytə aid neft tankerlərinə hücumuna, daha sonra həmin il Məkkədə həcc ziyarəti zamanı iranlıların Səudiyyə rejiminə qarşı təşkil etdiyi etirazlara qədər davam etdi.

1990-1991-ci illərdə baş verən Küveyt Müharibəsi, İranda islahat tərəfdarı prezidentin seçilməsi və Xomeynidən sonra Xamneyinin inqilab rəhbər rolunu üzərinə götürməsi ilə regionda tarazlığın İranın xeyrinə dəyişdiyi bir dövr başladı.

Müəllifin bu birinci fəsildə xüsusilə diqqət yetirdiyi mövzu İnqilab Keşikçiləri Ordusu və onun Qüds Qüvvələrinin gücləndirilməsi və İranın nüvə silahı fəaliyyətlərinə diqqət yetirməsi ilə başlayan yeni prosesdir. 2003-cü ildə İraqın işğalı ilə Baas rejiminə son qoymaq istəyən ABŞ, şiələri bölgədə ən uyğun müttəfiq olaraq gördü və bu da, İranın İraqda sünnilər və bölgədəki düşmənləri üzərində üstünlük qazanmasına səbəb oldu. Buna cavab olaraq Səudiyyə Ərəbistanı daha aqressiv strategiya həyata keçirərək ölkədə terrorçu hesab etdiyi 47 nəfəri edam etdi. Onların arasında məşhur şiə təbliğçisi Nimr Baqir ən-Nimrin də olması etirazların artmasına və həmçinin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yandırılmasına səbəb olub. 2015-ci ildə müdafiə naziri olarkən 2017-ci ildə vəliəhd seçilən Kral Salmanın oğlu Məhəmməd bin Salmanla Trampın əməkdaşlığı regional müttəfiqləri ilə birlikdə bir ərəb NATO-su transformasiyasını təmin etdi.

2015-ci ildə Avropa ilə İran arasında nüvə fəaliyyətləri ilə bağlı aparılan danışıqlar nəticəsində əldə olunan razılaşma ilə İranın nüvə fəaliyyətlərinin mülki məqsədlərlə davam edəcəyi və 15 il ərzində müəyyən səviyyədə saxlanacağına zəmanət verilir.

2018-ci ildə bununla kifayətlənməyən səudiyyəlilərin Əl-Vətəhdə də gizli nüvə obyekti olduğu üzə çıxdı. 1980-ci illərdən bəri Pakistanın nüvə araşdırmaları üçün maliyyə qaynağı təmin edən səudiyyəlilər gələcəkdə İrana qarşı nüvə silahlarını genişləndirəcəyi 2011-ci ildəki Wikileaks sənədlərində Kral Abdullahın bir Amerkalı diplomata "əgər İran nüvə silahı hazırlayarsa Səudiyyə Ərəbistanı da daxil olmaqla, regiondaki digər ölkələr də eyni şeyi edəcək”. deməsiylə daha çox aydın oldu.

Səudiyyə Ərəbistanının Suriya ilə əlaqələri yaxşı deyildi, çünki 2005-ci ildə Livanın baş naziri Rafiq əl-Həririnin qətlinə görə Əsəd rejimi və Hizbullahı günahlandırırdı. Əsəd rejiminin Kral Abdullahın xəbərdarlıqlarına məhəl qoymaması və nümayişçilərə qarşı təhlükəsizlik qüvvələrini istifadə etməsi Səudiyyə Ərəbistanı ilə İran arasında daha bir qarşıdurma sahəsinin yaranmasına səbəb oldu. Səudiyyə Ərəbistanı Dəməşqdəki səfirliyini geri çəkdi; 2005-ci ilin noyabrında Suriya Ərəb Liqasından çıxarıldı və ölkəyə qarşı sanksiyalar tətbiq edildi.

Suriya vətəndaş müharibəsinin ilk ilində Səudiyyə Ərəbistanı ilə Suriya arasında əlaqələrin tamamilə kəsilməsi İranın bu sahədə gücünü və əhəmiyyətini artırdı. Suriyada müxalifət hərəkatını dəstəkləyən Səudiyyə Ərəbistanına qarşı İran 2012-ci ilin ortalarında yaradılan və general Həmədaninin rəhbərlik etdiyi 100.000-ə yaxın milis, Quvvət əl-Dəfa əl-Vatani (Milli Müdafiə Qüvvələri) ilə iştirak etdi. Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin fəal olduğu Suriyada Fatimiyyun və Zeynəbiyyun briqadaları kimi Suriyadakı bir çox şiə milis qüvvələri müharibənin gedişatını Əsədin xeyrinə çevirmək üçün savaşmışdır.

Suriya vətəndaş müharibəsində qalib gələn Rusiya və İran da Yəməndə husilərə dəstək verdi. Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə Husilərə qarşı hərtərəfli hərbi donanma ilə meydanlara çıxsalar da, milis baxımından kifayət qədər potensiala malik deyildilər. Bu boşluğu Sudan və Somalidən gətirdikləri muzdlu əsgərlərlə doldurmaq istəyən BƏƏ 2019-cu ildə Yəmən vətəndaş müharibəsində səudiyyəlilərlə fikir ayrılığı yaşamışdı.

Yəmən vətəndaş müharibəsi bir çox tərəfin iştirak etdiyi faciəyə çevrildiyi halda, Husilər bir müddət sonra ilk növbədə İranın maraqları çərçivəsində hərəkət etdilər. Əslində İran üçün Səudiyyə Ərəbistanı öz cənubunun qayğısına qaldığı müddətcə Körfəz bölgəsindəki münaqişə ünsürlərindən uzaqlaşmış olacaqdı.

Kitabın ikinci hissəsində İran-Səudiyyə Ərəbistanı münaqişəsinin Yaxın Şərqdəki yerli üsyanlara və vətəndaş müharibələrinə təsiri araşdırılır. Bəhreyndə etirazlar və onların yatırılması, Suriyada üsyan və ardından gələn vətəndaş müharibəsi 2011-ci ilini formalaşdırdı. İraqda 2014-cü ildən sonra başlayan İŞİD ünsürləri ilə mübarizə və mövcud qarşıdurmalar və 2014 və 2015-ci illərdə Yəmən vətəndaş müharibəsi daha da əhəmiyyət kəsb edib. Xüsusilə bu hissədə İran və Səudiyyə Ərəbistanının müharibələrin ən ağır yükünü daşıyan müttəfiqlərinə verdiyi maksimum dəstək vurğulanır.

Kitabın təxminən üçdə ikisini əhatə edən ilk iki hissədən sonra yazılan üçüncü hissə İran və Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yaxın Şərqdəki qütbləşmədən kənarda qalmaq istəyən aktyorları əhatə edir.

Kitabın dördüncü hissəsi regionun mərkəzi aktorları kimi ABŞ və İsrail ilə Səudiyyə Ərəbistanı və İran arasındakı münaqişənin qlobal ölçüsündən bəhs edir.

Kitabın beşinci və sonuncu fəslində Səudiyyə Ərəbistanı ilə İran arasında Yaxın Şərqdə münaqişənin dünya siyasəti, Avropa və Almaniya üçün mümkün nəticələrindən bəhs edilir.

Digər Kateqoriyalar

2025 © Azervoice