Bakı.VOA :
Ümumdünya Ərzaq Proqramı (WFP) mərkəzi və cənub hissələrində qarşıdurmaların gücləndiyi Qəzzada mülki əhali arasında itkilərin həddən artıq artdığını bildirib.
VOA xəbər verir ki, WFP-nin icraçı direktor müavini Karl Skau X sosial media hesabından verdiyi açıqlamada, İsrailin hücumlarının davam etməsi səbəbindən Qəzzaya lazım olan ərzaq yardımının çatdırılmasının demək olar ki mümkün olmadığını bildirib.
Skau, “Qəzzanın mərkəzi və cənub hissəsində toqquşmalar gücləndiyi üçün mülki əhali arasında itkilər ciddi şəkildə artmaqdadı”. - deyə qeyd edib.
Qeyd edə ki, bölgədə İsrail işğalının başladığı mayın 7-dən etibarən Rafah Sərhəd Qapısı bağlı tutulur. Qəzza zolağının İsraildən başqa xarici dünyaya açılan yeganə sərhəd qapısı olan Rəfah Sərhəd Qapısının bağlanması isə qida qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım axınına əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.