Bakı. AzerVoice:
Küveyt Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza ilə bağlı qərarını alqışlayır.
AzerVoice xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Məlumata əsasən, bəyanatda yeni müvəqqəti tədbirlər, ən əsası İsrail qüvvələrinin Rəfahdakı hərbi əməliyyatlarını dayandırması ilə bağlı qərara tam dəstək ifadə olunub.
Qeyd edək ki, 24 may tarixində Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsindən (ICJ) İsrailə qarşı tələb etdiyi yeni tədbirlərlə bağlı ICJ qərarını açıqlayıb. Qərarda bildirilib ki, İsrail Soyqırımının Qarşısının Alınması Müqaviləsi çərçivəsində sübutların qorunması üçün təsirli tədbirlər görməli və heç bir istintaq qrupunun Qəzza zolağına daxil olmasına mane olmamalıdır. İsrail bir ay ərzində Beynəlxalq Ədalət Məhkəməsinə hesabat təqdim etməlidir və Rəfah Sərhəd Qapısı yardımlar üçün dərhal açılmalıdır.