Bakı. AzerVoice:
ABŞ-ın Kaliforniya Universitetində (UCLA) Fələstinə dəstək nümayişləri yenidən başlayıb.
AzerVoice xəbər verir ki, UCLA rektoru Gen Blokun ABŞ Konqresi tərəfindən universitetə bağlı kampuslarda “yəhudi tələbələrin təhlükəsizliyini təmin etməməkdə” ittiham edilməsi ilə Los-Ancelesdə toplaşan yüzlərlə tələbə yenidən etiraz aksiyalarına başlayıb.
Tələbələr kampusdakı “Kerckhoff Hall” binasının eyvanına toplaşaraq taxta barrikadalar, metal hasarlar və stollardan istifadə etməklə yeni düşərgə sahəsi yaradıblar.
Universitet işçiləri etirazçılara dərhal şəhərciyi tərk etmələri barədə xəbərdarlıq edib, əks halda intizam cəzası və ya həbs oluna bilərlər.
Fələstinə dəstək nümayişinə qatılan tələbələrin bəziləri bu xəbərdarlıqla aksiyanı dayandırsalar da, bir qismi yenidən “Dodd Hall” məktəb binasına toplaşıb.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.