Bakı. AzerVoice:
Qəzzada müvəqqəti limanın tikintisi başa çatıb.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media hesabında bildirib.
Açıqlamada humanitar yardım daşıyan yük maşınları ilə gələn yardımın bir neçə gün ərzində sahildən qəbul edilməsinin gözlənildiyi bildirilib.
“Birləşmiş Millətlər Təşkilatı yardımı alacaq və Qəzzada paylanmasını koordinasiya edəcək”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.