Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Pəhriz demans riskini azalda bilər

    30 Avqust 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Yeni aparılan araşdırma, Aralıq dənizi tipli pəhrizin demans (ağıl zəifləməsi) riskini azaltdığını və yaddaş zəifləməsini ləngitdiyini ortaya qoyub. Tədqiqat xüsusilə genetik risk daşıyan şəxslərdə bu təsirin daha güclü ola biləcəyini göstərir.

    Demansın genetik, həyat tərzi və ətraf mühit amillərinin birgə təsirindən qaynaqlandığı qəbul edilir. Ən güclü genetik risk amillərindən biri isə APOE4 gen variantıdır. Bu genin bir nüsxəsini daşıyanlarda Alzheimer riski üç dəfə, iki nüsxəsini daşıyanlarda isə 12 dəfəyədək yüksəlir.

    Lakin Nature Medicine jurnalında dərc edilən yeni araşdırma göstərir ki, həyat tərzi seçimi belə yüksək risk faktorunun qarşısını alaraq demansa yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. ABŞ-lı alimlər 30 il ərzində 4 200-dən çox qadının və 1 500-ə yaxın kişinin qidalanma vərdişlərini, qan nümunələrini, genetik məlumatlarını və yaddaş testlərini izləyiblər.

    Tərəvəz, meyvə, qoz-fındıq və tam taxıllarla zəngin, qırmızı və emal olunmuş ətin isə az olduğu Aralıq dənizi pəhrizinə əməl edənlərdə demansa tutulma ehtimalı xeyli aşağı olub. Bundan başqa, yaddaş zəifləməsinin sürəti də yavaşlayıb. Ən güclü faydalar APOE4 geninin iki nüsxəsini daşıyan şəxslərdə qeydə alınıb.

    Alimlər qeyd edirlər ki, araşdırma əsasən yaxşı təhsilli və Avropa mənşəli şəxslər arasında aparılıb. Buna görə də nəticələrin daha geniş və müxtəlif qruplarda təsdiqlənməsinə ehtiyac var.

    Mütəxəssislər gələcəkdə genetik və metabolit testlərinin tibbi qiymətləndirmələrdə daha çox istifadə ediləcəyini, həmçinin pəhriz vasitəsilə müəyyən metabolitlərin hədəflənməsinin şəxsi müdafiə üsulu kimi tətbiq edilə biləcəyini istisna etmirlər.

    #sağlam qida #sağlamlıq #Alzheimer #Parkinson xəstəliyi #Alzheimer riskini artıran amillər #Alzheimer-in qarşısını alma yolları #demans riski #pəhriz və sağlamlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    117 yaşlı ispan qadının uzunömürlülük sirri açılıb

    28 Sentyabr 2025 13:00

    Aralıq dənizi pəhrizi - Uzunömürlülüyün sirri

    21 Sentyabr 2025 11:00

    Xroniki yuxusuzluq beyni 3,5 il daha sürətli qocaldır

    13 Sentyabr 2025 12:12

    Dünyada kök uşaqların sayı arıq uşaqları keçib - UNICEF

    10 Sentyabr 2025 09:51

    Qan təzyiqinə intensiv nəzarət infarkt və insult riskini azaldır

    7 Sentyabr 2025 12:00

    Telefonlar həqiqətən boyun üçün təhlükədirmi?

    6 Sentyabr 2025 14:00

    Əzələləri qoruyaraq arıqlamaq - mütəxəssis tövsiyələri

    31 Avqust 2025 19:00

    Almaz texnologiyası ilə süd vəzi xərçənginin yayılması aşkar edilə bilər

    31 Avqust 2025 13:13

    Alimlər yaşlanmanı geri çevirməyin yolunu kəşf edib

    31 Avqust 2025 12:00

    İsti hava dalğaları bioloji yaşlanmanı sürətləndirir

    30 Avqust 2025 10:30
    Demo
    XƏBƏR LENTİ

    Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

    Bu gün minlərlə insan Vyetnam müharibəsinə qarşı Vaşinqtonda etiraz etdi

    Tarixdə bu gün - 21 oktyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr

    Fərid Qayıbov COP10-un sədri seçilib

    Qara Dəniz regionunda sülh və təhlükəsizlik inkişaf üçün əsas şərtdir - Yalçın Rəfiyev

    İsrail atəşkəs sazişini pozmaqda ardıcıl siyasət yürüdür - HƏMAS

    Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb

    Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

    Türkiyə və Yunanıstan arasında ikitərəfli məsələlər müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.