14
BAKI, AzerVoice
İran, təhlükəsizlik səbəbindən hava sahəsini bir müddət bağladığını açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi bəyənat yayıb.
Ölkənin qərb və mərkəzi bölgələrində hava sahəsının müvəqqəti bağlandığı bildirilərək, beynəlxalq tranzit uçuşlarının dayandırıldığı açıqlanıb.
Nazirlik, bu qərarın cari təhlükəsizlik vəziyyətinə uyğun olaraq alındığını bildirib.
Bundan əlavə, Tehrandan Təbrizə qədər olan bölgələrdə daxili və xarici uçuşların dayandırılması qərarıda uzadılıb. Şərq bölgəsində isə bütün uçuşların həyata keçirilməsinə icazə verilib.