Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə iştirak edib

    23 İyun 2025 16:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə iyunun 23-də “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil edilib.

    AzerVoice xəbər verir ki, məzun günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, nailiyyətləri qeyd etmək məqsədilə keçirilib.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

    Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, bu təşəbbüs sosial və maddi çətinliklərlə üzləşən gənc qızlara reallığı göstərmək, onların həyatına işıq salmaq və gələcəklərinə inam yaratmaq məqsədindən irəli gəlir. Bu cəsarətli addım təhsilin gücünə və qadının inkişafına inamın bariz nümunəsidir. Təhsil alan gənc qızların qazandığı uğurlar gələcək nəsillərə nümunədir. Bu gün onların qazandığı uğurlar sabahın cəmiyyətini formalaşdıracaq. Bu yolda gələcəyimiz onların əlindədir.

    Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qızların, qadınların təhsilə cəlb olunması əhəmiyyətli məsələdir: “Müxtəlif tədqiqatların nəticələri anaların təhsilli olmasının gələcək nəslin daha savadlı, hazırlıqlı və sosial cəhətdən fəal formalaşmasında mühüm rol oynadığını təsdiqləyir. Qadınların təhsil sisteminin bütün pillələrində geniş təmsil olunması yalnız gender bərabərliyinə deyil, ümumilikdə cəmiyyətin intellektual və sosial inkişafına xidmət edir. Bu baxımdan, gənc qızların təhsilinə yönəlik layihələrin və təqaüd proqramlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır”.

    Nazir, həmçinin vurğulayıb ki, belə təşəbbüslər xeyriyyəçilik ənənələrinin müasir dövrdə yenidən canlandırılmasına və cəmiyyətin sosial məsuliyyət hissinin güclənməsinə şərait yaradır. Cəmiyyətin inkişaf səviyyəsi onun qadın üzvlərinin intellektual və sosial inkişafından birbaşa asılıdır. Güclü qadınların mövcudluğu kişilərin zəifliyi deyil, əksinə, bütövlükdə cəmiyyətin güclənməsi deməkdir. Bu baxımdan, həm dövlət, həm də özəl sektorun əməkdaşlıq çərçivəsində təhsilə dəstək göstərməsi vacibdir.

    Əlavə olaraq, nazir bu kimi layihələrin regionlarda yaşayan qızların təhsilə çıxış imkanlarını artırmaqla sosial bərabərsizliyin aradan qaldırılmasına da töhfə verəcəyini bildirib. O, təhsil sahəsində inklüzivliyin təmin olunmasının uzunmüddətli milli inkişaf strategiyasının əsas sütunlarından biri olduğunu qeyd edib.

    Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, Fondun təşkilatçılığı ilə reallaşdırılan “Gənc qızların təhsilinə dəstək” proqramı artıq dörd ildir ki, icra olunmaqdadır: “Bu müddət ərzində layihə çərçivəsində təxminən 350 sosial həssas qrupdan olan gənc qız ali təhsil müəssisələrində təhsil alma imkanı əldə edib. Əsas məqsəd sosial bərabərliyi təşviq etmək və aztəminatlı ailələrdən olan qızların ali təhsilə çıxışını genişləndirməkdir. Bu təşəbbüs gənc qadınların cəmiyyətə inteqrasiyasını və peşəkar inkişafını dəstəkləyir. Eyni zamanda, Fondun həyata keçirdiyi digər bir təşəbbüs – “Parla” təqaüd və inkişaf proqramına 2023–2025-ci illəri əhatə edən dövrdə ümumilikdə 1465 müraciət daxil olub, onlardan yalnız 100 nəfər proqramdan faydalanmaq imkanı qazanıb. Seçilənlər arasında 5 nəfər şəhid ailəsi üzvü, şəhid yoldaşıdır. Hazırda 14 nəfər proqram məzunu var və onlardan 4-ü artıq işlə təmin olunub”.

    E.Nəsibov, həmçinin vurğulayıb ki, Fondun icra etdiyi bu cür sosial yönümlü təşəbbüslərdə özəl sektorun dəstəyi mühüm rol oynayır.

    Sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayaraq göstərilən dəstəyə görə Dövlət Komitəsinə, həmçinin Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

    Tədbirdə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıb.

    Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib.

    #Elm və Təhsil Nazirliyi #Heydər Əliyev Fondu #Emin Əmrullayev #Leyla Əliyeva #Ailə qadın və uşaq məsələləri komitəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanda jest dilinin oyrənilməsi üçün yeni mobil tətbiq

    8 Oktyabr 2025 18:21

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

    8 Oktyabr 2025 11:31

    Ərdoğan Azərbaycana səfərə gəlib

    7 Oktyabr 2025 12:43

    Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

    6 Oktyabr 2025 15:55

    Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

    3 Oktyabr 2025 15:05

    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub

    26 Sentyabr 2025 10:48

    Nəsimi festivalı şairin doğma diyarı Şamaxıda davam edir

    24 Sentyabr 2025 15:04

    Türkiyə Qarabağda məktəb inşa edəcək

    23 Sentyabr 2025 15:18

    Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeair, mənəviyyat və incəsənət festivalının təntənəli açılışı olub

    23 Sentyabr 2025 12:53

    IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər

    23 Sentyabr 2025 09:54

    ICESCO Nəsimi Festivalının tərəfdaşı oldu!

    11 Sentyabr 2025 16:39

    Rus dili bölməsinin tamamilə ləğvi gündəmdə deyil - Nazir

    11 Sentyabr 2025 13:34
    Demo
    XƏBƏR LENTİ

    Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS

    Türkiyə limanları 47 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    Ərdoğan Misirə rəsmi səfər edəcək

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    Sivas Universiteti cərrahi alət satın alacaq

    Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü keçirilir

    Maduro, Nobel laureatı Maçadonu “şeytan və sehrbaz” adlandırdı

    İsrail Trampa ali mülki orden təqdim edəcək

    Milli Məclisin sədri Üçtərəfli Görüşdə iştirak etmək üçün Pakistana gedib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.