Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub

    26 Sentyabr 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Heydər Əliyev Fondu və Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İSESCO-nun dəstəyi ilə keçirilən "Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı" çərçivəsində Bakının qədim hissəsi – İçərişəhərdə maraqlı performanslar təqdim olunub.

    AzerVoice xəbər verir ki, əvvəlcə XV əsrə aid görkəmli orta əsr Azərbaycan memarlığı və dekorativ sənət abidəsi – Seyid Yəhya Bakuvi məqbərəsi önündə, Şirvanşahlar Sarayı kompleksinin həyətində, İçərişəhərin qədim divarları fonunda Nəsiminin "Məst" qəsidəsinin motivləri əsasında hazırlanmış "Məst-i Dərviş" tamaşası nümayiş etdirilib. Ssenari müəllifi – şair, yazıçı İlqar Fəhmi, quruluşçu rejissor, baş rolun ifaçısı və sintez musiqinin müəllifi isə Əməkdar artist Bəhruz Vaqifoğludur.

    Bir saat ərzində qədim şəhərin dar küçələri və divarları sanki şairin nəfəsi ilə doldu: Nəsiminin insanı Yaradanın zərrəsi, onun dünyadakı özünəməxsus yeri və bu həyata gəliş missiyası barədə fəlsəfəsinin əks olunduğu qəzəllər səsləndi. Möhtəşəm premyera tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

    "Heydər Əliyev Fondu bir çox ədəbi, musiqili, teatr tədbirləri həyata keçirir, amma "Nəsimi" festivalı böyük şairin qədim irsinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu qəsidə əslində çox az tanınır, demək olar ki, heç yerdə rast gəlinmir. Xalq artistimiz Cahangir Novruzov onu tapdı və səhnə formasında təqdim etməyi təklif etdi. İlqar Fəhminin yazdığı mətndən istifadə edərək, Dövlət Pantomima Teatrının aktyorlarının iştirakı ilə biz bu tamaşanı yaratdıq. Əslində bu sadəcə tamaşa deyil – daha çox ritual hərəkəti, ruhani performansdır",- deyə Bəhruz Vaqifoğlu bildirib.

    Sonra Bayıl daşları adlandırılan ərazidə "Eşq-i nur" layihəsinin təqdimatı keçirilib. Bu mistik səyahət üç ideya üzərində qurulub – eşq, nur və nişanə. Layihənin əsasında təsviri sənət nümunələri, canlı ekspozisiyalar və iyirmidən çox gənc rəssam tərəfindən yaradılmış multimediya installasiyaları dayanır. Burada eşq sadəcə hiss və ya emosiya kimi deyil, mənəvi missiya, varlığın əsasını təşkil edən ilahi cazibə kimi təqdim olunub. Layihənin müəllifi və kuratoru – Əməkdar rəssam Sabina Şıxlınskayadır.

    Təqdimatlar silsiləsi xoreoqraf Lenay Seyidalızadənin "Sözün ifşası" əsəri ilə davam edib. Bu əsərdə həqiqəti öz bədənində daşıyan insan haqqında bəhs olunur: onun dərisi soyula bilər, amma sözü qalır.

    Nəzirin Məmmədova isə Nəsimi qəzəllərini muğam və elektron musiqi ilə sintez edərək təqdim edib.

    Qeyd edək ki, "Nəsimi" festivalının bağlanışı "Atəşgah" tarix-memarlıq qoruğunda baş tutacaq. Burada "Savalan" qrupu böyük şair Nəsiminin irsinə həsr olunmuş mənəvi-mistik musiqi-ədəbi axşamı tamaşaçılara təqdim edəcək.

    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    "Nəsimi" festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub
    #Azərbaycan #Mədəniyyət Nazirliyi #Heydər Əliyev Fondu #ISESCO #Atəşgah məbədi #İçərişəhər #Şirvanşahlar Sarayı Kompleksi #Nəsimi #Nəsimi Festivalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib

    10 Fevral 2026 13:48

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    10 Fevral 2026 09:10

    Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

    9 Fevral 2026 17:48

    Yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    9 Fevral 2026 17:41

    Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

    9 Fevral 2026 17:09

    ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində dəyirmi masa keçirilib

    9 Fevral 2026 16:32

    Azərbaycan vətəndaş cəmiyyəti ABŞ vitse-prezidentinə açıq məktub ünvanlayıb

    9 Fevral 2026 16:23

    AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir

    9 Fevral 2026 16:17

    Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

    9 Fevral 2026 16:04

    Qahirə Universitetində Azərbaycan dili dərsləri davam edir

    9 Fevral 2026 15:50

    Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır

    9 Fevral 2026 15:16

    Naxçıvana yeni Baş nazir təyin olunub

    9 Fevral 2026 14:52
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    Macarıstanda türk mədəni irsinin qorunması üçün tarixi addım

    GÖKBEY Səudiyyə Ərəbistanında istehsal olunacaq: Tarixi müqavilə imzalandı

    “Hər məsciddə kitabxana” layihəsi Bakı şəhərində davam etdirilib

    BVF missiyası ilə görüşdə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə edilib

    Qazaxıstanla ticarətdə azalma: Türkiyənin yanvar ayı üzrə avto-ixrac hesabatı (ÖZƏL)

    Raket proqramı yoxdur, yalnız nüvə: Tehranın danışıqlardakı "qırmızı xətti"

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    Leyla Əliyeva Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisini ziyarət edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.