25
BAKI, AzerVoice
İran, İsrailin Herzliya şəhərində yerləşən MOSSAD kəşfiyyat təşkilatının binasını ballistik raketlərlə hədəfə alıb.
AzerVoice xəbər verir ki, hücum nəticəsində MOSSAD-ın qərargahı birbaşa hədəf alınıb. İ
İsrail ordusu da hücumu təsdiqləyib və bildirib ki, İran ümumilikdə 20-yə yaxın ballistik raket atıb.
Hücumdan sonra Tel-Əviv və Qüdsdə bir neçə partlayış səsi eşidilib, havaya qalxan tüstü müşahidə olunub.
İran tərəfi hücumun detallarına dair əlavə açıqlama verməyib. Hadisə bölgədə gərginliyi daha da artırıb.