Əsas səhifə » İran qovuldu, dialoq başladı: Dəməşq və Təl-Əviv arasında sakitlik axtarışı

İran qovuldu, dialoq başladı: Dəməşq və Təl-Əviv arasında sakitlik axtarışı

BAKI, AzerVoice Analitik Mərkəzi

Son dövrlərdə mütələlif paytaxtlar vasitəsilə aparılan gizli Suriya-İsrail danışıqlarına dair səslənən məlumatlar Parisdə Suriyanın prezidenti Əhməd əş-Şəraanın Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra rəsmiləşdi. Şəraa bildirib ki, Dəməşq və Təl-Əviv arasında "qeyri-birbaşa müzakirələr" gedir və bunlar "gərginliyin azaldılması və nəzarətdən çıxmanın qarşısını almaq" məqsədi daşıyır.

Artıq məlumdur ki, son həftələrdə sürəcə bir sıra şəxsi vasitəçilər - iş adamları, təhlilçilər və sabiq amerikalı rəsmilər cəlb edilib. Danışıqların predmeti kimi iki istiqamət ön plana çıxır: birincisi, Suriya-İsrail arasınıda hərbi toqquşmanın qarşısını almaq üçün konkret addımların görülməsi, ikincisi isə Suriyanın "İbrahim razılaşmalarına" qoşulması.

Tarixi kontekst

Suriya ilə İsrail arasında bu cür danışıqların tarixi 1948-ci il Fələstin Nakbasından əvvələ, atəşkəs müzakirələri dönəminə qədər uzanır. Şeyx Şişəkli dönəminde aparılan görüşlər, 1973 Oktaybr müharibəsindən sonra 1974-cü ildə imzalanan "döyüşlərin dayandırılması sazişi" bu tarixə daxildir.

Ancaq ən mühüm dövr 1991-ci ildəki Madrid konfransından sonra başlayan və 2011-ci ilin fevralına qədər davam edən Amerika vasitəçiliyi ilə danışıqlar olub. 1990-cı illərdə bu danışıqların əsas prinsipi "torpaq qarşılığında sülh" idi: yəni, İsrailin 1967-ci ildə işğal etdiyi Colan təpələrindən çıxması əvəzinə Suriya onunla sülh razılaşmasını tanıyacaqdı.

Lakin Bəşşar Əəsədin hakimiyyəti dönəmində Suriya aşkar şəkildə İran və Hizbullaha yaxınlaşdı və kompromis formulu "torpaq qarşılığında geosiyasi mövqe" şəklini aldı. ABŞ vasitəçisi Fred Hofun bildirdiyinə görə, Əsəd bu formulı prinsip etibarı ilə qəbul etmişdi. Ancaq 2011-ci ildə ölkədaxili etirazlara zorla cavab verməsi onu İrana daha da bağlı etdi.

7 dekabr dönüş nöqtəsi

2024-cü il Suriyada səhifənin dəyişildiyi tarix oldu. Əsəd rejimi devrildi, İranHizbullah Suriyadan çıxarıldı, hakimiyyət Əhməd Şəraaya keçdi.

Bu fonda Türkiyə regionda daha aktiv hərbi aktora çevrildi. Ankara Suriyada hərbi bazalar qurmaq planlayırdı ki, bu da Təl-Əvivlə gərginliyi artırdı. ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Ərdoğan və İsrail Baş naziri Netanyahuya çağırı edərək, nümayəndələrini Azərbaycana göndərməklə atəşkəs görüşləri başlatdı.

Hazırda danışıqların predmeti: Suriyada İran nüfuzunun tam çıxarılması, Hizbullaha silah təchizatının dayandırılması, cihadçı ünsürlərin cənub Suriyadan uzaq saxlanılması, dürzə idarəçiliyinin artması kimi addımlardır. Türkiyə-İsrail danışıqları da şimalda təsir zonası koordinasiyası üçün davam edir.

Suriya "birbaşa danışıqlara" ancaq İsrailin 8 dekabr 2024 tarixli işğal etdiyi mövqelərdən çıxması halında başlamayacaq. Colan hələ də Suriyanın işğal olunmuş torpağıdır və Trampın rəsmi tanımasına baxmayaraq, Dəməşq onu diplomatik razılaşma məsələsi kimi saxlamağa çalışır.

Hazırda prioritet "sülh sazişi" deyil, status-kvonun sabitləşdirilməsi, real təhlükəsizliyin qurulmasıdır. Və Dəməşq Təl-Əvivdən 1967 deyil, 2024 dekabr 7 xəttinə qayıtmağı tələb edir.

Digər Kateqoriyalar

2025 © Azervoice