Əsas səhifə » İstanbulda 3,7 bal gücündə zəlzələ olub

İstanbulda 3,7 bal gücündə zəlzələ olub

BAKI, AzerVoice

İstanbulda 3,7 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu gün yerli vaxtla saat 11:35-də İstanbulda yeraltı təkanlar hiss olunub.

AFAD-ın (Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) yaydığı məlumata görə, zəlzələnin episentri Mərmərə Ereğlisi sahillərində qeydə alınıb. Yeraltı təkanların gücü 3,7 bal, dərinliyi isə 18 kilometr olub.

Zəlzələ nəticəsində hər hansı ciddi zərər və ya itki barədə məlumat verilməyib. Rəsmi qurumlar hadisəni izləməyə davam edir və ictimaiyyətə məlumatların təqdim olunacağı bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice