Əsas səhifə » Hakan Fidan sabah Qətərə səfər edəcək

Hakan Fidan sabah Qətərə səfər edəcək

BAKI,AzerVoice

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, 27 aprel 2025-ci il tarixində Qətərə rəsmi səfər edəcək.

AzerVoice xəbər verir ki, Fidan, sonuncu dəfə 2-3 fevral tarixlərində Qətəri ziyarət edib.

Türkiyə ilə Qətər arasında 2014-cü ildən qurulmuş strateji tərəfdaşlıq hər keçən gün daha da güclənib. İki ölkə arasında yüksək səviyyəli səfərlər, davamlı əlaqələr və çoxsaylı imzalanan razılaşmalar bu əlaqələri daha da möhkəmləndirir.

Yüksək Strateji Komitə, Rəcəb Tayyib Ərdoğan və Şeyx Təmim bin Həməd Al Sani tərəfindən başçılıq edilərək, iki ölkə arasında hər il dönüşümlü şəkildə təşkil edilir.

Yüksək Strateji Komitənin son toplantısı 14 noyabr 2024-cü ildə Ankarada baş tutub. Növbəti toplantının bu il Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılır. İndiyə qədər 10 toplantı keçirilib və 107 razılaşma imzalanıb.

2024-cü ildə Türkiyə ilə Qətər arasında ikitərəfli ticarət həcmi 1 milyard dolları keçib. İki ölkə həmçinin regional sülh və sabitlik məsələlərində də ortaq mövqeyə sahibdirlər və bu istiqamətdə əməkdaşlığı davam etdirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice