Bakı, AzerVoice
TRT komandasına hücumlar qana bulanmış İsrailin faktları ört-basdır etmək cəhdləridir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
“Biz İsrailin zülmünü dünyaya bəyan etmək üçün var gücü ilə çalışan bütün mətbuat mənsublarının yanındayıq. Son hücumda yaralanan TRT üzvlərinə və TRT ailəsinə tezliklə şəfa diləyirik.” – deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsinə hücumu nəticəsində çoxlu sayda köçkün həlak olub və yaralanıb.
Hücum nəticəsində TRT operatoru və köməkçisi yaralanıb.
Hafiz Rufizoğlu