Bakı, AzerVoice
İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsinə hücumu nəticəsində çoxlu sayda köçkün həlak olub və yaralanıb.
AzerVoice xəbər verir ki, hücum nəticəsində TRT operatoru və köməkçisi yaralanıb.
TRT baş direktoru Mehmet Zahid Sobacı qeyd edib ki, Qəzzada baş verənləri açıqlamaqdan heç vaxt çəkinməyəcəyik.
“Mətbuat mənsublarını törətdikləri soyqırımı ört-basdır etmək üçün hədəfə alanlar bilməlidirlər ki, biz onların törətdikləri cinayətləri lentə almaqdan və Qəzzada baş verənləri açıqlamaqdan heç vaxt çəkinməyəcəyik.” – deyə o bildirib.
Hafiz Rufizoğlu