Bakı , AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin qətliam törətdiyi Qəzza zolağında təhlükəsiz yer qalmadığı barədə xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, bu barədə UNRWA-nın Qəzza üzrə Baş Kommunikasiya Məsləhətçisi Luiz Uotidc sosial media hesabında paylaşım edib.
UNRWA rəsmisi “Artıq Qəzzada təhlükəsiz yer qalmayıb, insanlar sanki ölümü gözləyirlər. İsrailin humanitar zona adlandırdığı ərazilər cəbhə xəttinə çevrilib və Qəzzalılar indi cəbhə xəttindən cəmi bir neçə blok uzaqdadır” deyə bildirib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda azı 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər isəyaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri də hədəf alınaraq , ölkənin mülki infrastrukturu da məhv edilir.