BAKI, AzerVoice
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Vilsonu qəbul edib.
AzerVoice xəbər verir ki, nazir Fidan,
ABŞ-a səfəri çərçivəsində Vilsonu Türkiyənin Vaşinqtondakı
səfirliyində qəbul edib.
Görüş, Nümayəndələr Palatasının Xarici Əlaqələr və Silahlı Qüvvələr
Komitəsinin üzvü, eyni zamanda ABŞ Konqresinin ABŞ-Türkiyə
Əlaqələri və Türk Amerikalılar Qrupunun həmsədri olan Co Vilson ilə
baş tutub. Görüşün detallarına dair nazirlik X sosial media
hesabında məlumat yayıb.
Qeyd edək ki, bu görüşün ABŞ-Türkiyə əlaqələrinin daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanır
Bakanımız @HakanFidan, ABD ziyareti kapsamında, Temsilciler Meclisi Dışişleri ve Silahlı Hizmetler Komitesi Üyesi ve ABD Kongresi ABD-Türkiye İlişkileri ve Türk Amerikalılar Grubu Eş Başkanı Joe Wilson’u Vaşington Büyükelçiliğimizde kabul etti. pic.twitter.com/Ds8jpuYbOT
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) March 27, 2025