Əsas səhifə » Əhməd Şara Ərəb Liqası toplantısına dəvət olunub

Əhməd Şara Ərəb Liqası toplantısına dəvət olunub

Bakı, AzerVoice

Suriya Prezident Administrasiyası, Əhməd Şaranın Misirin ev sahibliyi ilə Qəzzə ilə bağlı keçiriləcək Ərəb Liqası toplantısına dəvət edildiyini bildirib.

AzerVoice xəbər verir ki, Suriya Prezidenti Əhməd Şaranın Ərəb Liqası toplantısına dəvət edildiyi bildirilib.

“Suriya Ərəb Respublikası Prezidenti Cənab Əhməd Şara, Misir Ərəb Respublikası Prezidentindən 4 martda Qahirədə keçiriləcək fövqəladə Ərəb Liqası Zirvəsinə qatılmaq üçün rəsmi dəvət alıb” ,-deyə bildirilib.

Bu görüş, həmçinin Suriya və digər ərəb ölkələri arasında daha sıx əməkdaşlıq qurulmasına imkan verə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice