Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Trump,komandası...və İsrail ilə münasibətlər

    9 Fevral 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə Ağ Evə, ABŞ prezidentinin və onun Yaxın Şərq məsələlərinə nəzarət üçün təyin etdiyi komandası ilə görüşdü. Bu, Trampın prezidentliyə başlamasından bəri xarici liderlə ilk görüşü idi.

    Açıq-aşkar görünür ki, Trampın güclü komandası var və bu komanda İsrailə güclü dəstək verir. Bu isə ABŞ-ın Təl-Əvivə münasibəti və bu məsələlərə nəzarət üçün təyin olunan şəxslərin rolu ilə bağlı suallar doğurur.Xüsusilə Trampın ABŞ-ın Qəzza zolağına nəzarəti ələ alacağı ilə bağlı gözlənilməz bəyanatları və iki dövlətli həllə dəstək verən bir Amerika planının olmaması fonunda suallar cavablardan çoxdur. Bu, Trampın İbrahim Razılaşmalarını genişləndirmək planını davam etdirməsi üçün açıq-aşkar bir maneədir.

    ABŞ Qəzzanın “sahibi” olur…

    Trampın qarışıq və mübahisəli bəyanatlarından sonra, bu açıqlamaları aydınlaşdırmaq üçün bir çoxları müxtəlif izahlar verməyə çalışdılar. Bu kontekstdə ABŞ-ın İordaniya və Livandakı keçmiş səfiri, həmçinin Yaxın Şərq üzrə keçmiş xüsusi elçisi Devid Heyl hesab edir ki, ABŞ prezidentinin istifadə etdiyi “sahiblik” ifadəsi “mütləq mülkiyyət” anlamına gəlmir. Onun sözlərinə görə, bu ifadə məsuliyyət və liderliyi ifadə edir və bu, Yaxın Şərqdə uzun müddətdir ki, bir çoxlarının ABŞ-dan gözlədiyi bir roldur.

    Heyl əlavə edib ki, İsrail-ərəb münaqişəsini həll etmək üçün yeni ideyalar irəli sürməyin vaxtı çatıb və bunu belə izah edib: “Mənim üçün maraqlı olan odur ki, mən Yaxın Şərqdə 40 il diplomatiya sahəsində çalışmışam və bu müddətdə ənənəvi düşüncə tərzinin əsiri olmuşuq. Hesab edirəm ki, yeni reallıqlara uyğun yeni ideyalar və yanaşmalar təqdim etməyin vaxtı çatıb. Prezident Tramp müzakirələrdə dəyişiklik yaratmağa çalışır və o, bunda uğur qazanıb.”

    Keçmiş Oman səfiri və Yaxın Şərq Siyasəti Şurasının direktoru Riçard Şmirerin fikrincə, Trampın bəyanatlarının məqsədi "İsraildə aşırı sağçı və radikal dinçi qanadın rəğbətini qazanmaq" ola bilər ki, bu da atəşkəs razılaşmasının ikinci mərhələsinə mane olmasın. Lakin Şmirerin sözlərinə görə, bu cür bəyanatlar onun ərəb ölkələri ilə normallaşma səylərini çətinləşdirir.
    "Tramp həmçinin İranla mübarizədə ortaq səylərin olmasını istəyir. Bu səbəbdən düşünürəm ki, o, müxtəlif maraqlar arasında tarazlıq yaratmağa çalışır və dedikləri İsraildə müəyyən bir qrupun dəstəyini qazanmaq cəhdi ola bilər ki, bu da onun digər səylərini dəstəkləsin."-deyə o bildiirb.

    Keçmiş Küveyt səfiri və ABŞ-ın Təl-Əvivdəki missiyasının keçmiş səfir müavini Riçard Luberon isə Trampın bəyanatlarını izah etmək üçün bir sıra ehtimallar irəli sürüb və "Trampın fikrində nələrin olduğunu anlamağın çətin olduğunu" qeyd edib.

    Lakin Heyl, Trampın bəyanatlarının məqsədinin Netanyahunu təəccübləndirmək olduğuna inanmadığını bildirib və bu açıqlamaların mahiyyətinə diqqət yetirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu bəyanatlardan iki əsas nəticə çıxarmaq olar: birincisi, Tramp yalnız israillilərlə maraqlanmır, həm də "fələstinlilərin və ərəblərin rifahı və təhlükəsizliyi" ilə maraqlanır. İkincisi isə, o, ABŞ-ın bu problemlərin həllinə kömək etməyə sadiq olmağa hazır olduğunu göstərir. Bununla belə, Heyl fələstinlilərin Misirə və İordaniyaya köçürülməsi çağırışları ilə bağlı bəyanatların nəticələri barədə xəbərdarlıq edib və "Bu, bir çox suallar doğurur: Əgər Qəzzanı tərk etsən, israillilər sənə geri qayıtmağa icazə verəcəkmi? Bu, tamamilə legitim bir sualdır və açıq desəm, bunun baş verəcəyini görmürəm”-deyib.

    Şmirer isə Trampın bu kimi bəyanatlarının bölgədə İranın nüfuzunu gücləndirə biləcəyi barədə xəbərdarlıq edib və deyib: "İran onilliklərdir ki, Fələstin məsələsindən bölgədəki nüfuzunu gücləndirmək və ərəb ictimai rəyinə təsir etmək üçün istifadə edir. Buna görə də düşünürəm ki, biz innovativ və qeyri-adi ideyalar irəli sürməyə davam edərkən, onları müəyyən bir çərçivəyə salmalıyıq ki, İran və ya bölgədəki digər tərəflər tərəfindən bu ideyalar səhv başa düşülməsin və ya sui-istifadə edilməsin. Əks halda, bu, ABŞ-ın ərəblərə və ya fələstinlilərə qarşı olduğu təəssüratını yarada bilər."

    Trampın Yaxın Şərq Komandası

    Səsləndiriləb əbyanatların fonunda Trampın kürəkəni Cared Kuşnerin Qəzza ilə bağlı əvvəlki bəyanatlarına bənzər fikirlər səsləndirildi. Bu da bəzi insanlara Kuşnerin, rəsmi vəzifəsi olmasa da, Trampa məsləhət və tövsiyə verməyə davam etdiyi fikrini aşıladı. Lakin Heyl, Trampın prezidentliyi dövründə Dövlət Departamentində çalışdığı təcrübəsinə əsaslanaraq vurğuladı ki, "ABŞ prezidenti inanmadığı şeyləri söyləmir." O əlavə edib: "Dedikləri onun düşüncə tərzinin əks etdirir. O, bəlkə də bir çox insandan ideyalar alır, bu da onun köhnə və uğursuz fikirlərin əsiri olmaq istəmədiyini göstərir. Açığı desəm, biz burada hamımız Madrid və Oslo razılaşmaları üçün çox çalışdıq və mübarizə apardıq, amma bunlar bizi yalnız müəyyən bir nöqtəyə gətirdi, o vaxtdan – 1990-cı illərin sonlarından etibarən isə vəziyyət dalana dirəndi."

    İki dövlətli həll və Tramp administrasiyasının bu məsələdəki qeyri-müəyyən mövqeyi ilə bağlı suala cavab olaraq Heyl deyib: "İki dövlətli həll məsələsinə qayıtmazdan əvvəl çox uzun bir yol var. Bu hədəfdən imtina etməli olduğumuzu düşünmürəm. Bu problemi bu həll olmadan necə həll edə biləcəyimizi təsəvvür etmək çətindir."

    Öz növbəsində, Şmirer Trampın komandasında digər simalardan və onların fikir ayrılıqlarından danışıb. O, xüsusilə ABŞ-ın İsrailə səfiri təyin olunan Mayk Hakbi (hələ Senat tərəfindən təsdiqlənməyib) və BMT-də ABŞ-ın nümayəndəsi Eliz Stefanik kimi şəxsləri qeyd edib və onların fələstinlilərlə bağlı sərt mövqelərini vurğulayıb.

    Bununla belə, Şmirer Trampın komandasında Stiv Veytkof kimi insanların varlığından məmnun olduğunu bildirib: "Görünür, cənab Veytkof bu mərhələdə bölgədəki dinamikalar haqqında yaxşı bir baxışa sahibdir. O, Qəzza və İsrailə səfər etmək üçün səy göstərib. Buna görə də, birbaşa məsləhətlər verən belə bir şəxsin olmasından optimistəm və onu bu məsləhətləri dinləməyə davam etməyə təşviq edirəm."

    Tramp Ağ Evə gəldikdən sonra İsrailə ənənəvi ABŞ dəstəyini açıq şəkildə əks etdirən bir sıra icra qərarları verdi. Bunlara BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin (UNRWA) maliyyələşdirilməsinin dayandırılması, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması və bəzi bölmələrinin Dövlət Departamenti ilə birləşdirilməsi daxildir.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

    Azərbaycan və Qazaxıstan Baş nazirləri təyyarə qəzasının ildönümündə bir-birilərinə başsağlığı veriblər

    Əli Əsədov AZAL təyyarəsinin qəzasının birinci ildönümündə həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib

    Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

    Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssislərini təltif edib

    Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib

    Futbolda FETÖ istintaqı: TFF-nin sabiq rəhbər şəxsləri ifadəyə çağırılıb

    Avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    Ermənistan kilsəsi torpaq sahələrinə təmənnasız sahib olma hüququndan məhrum edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.