Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrail -Türkiyə müharibəsi nə qədər realdır?

    5 Fevral 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkiyə və İsrail arasındakı əlaqələr son on ildə gərgin olub, lakin buna baxmayaraq , hər iki ölkə bir neçə böhran zamanı diplomatik və ticarət əlaqələri Qəzza böhranına qədər davam edib.Lakin indi fərqli bir reallıqla qarşı-qarşıyayıq; Türkiyə — regionun böyük gücüdür, İsrail isə müharibədən tükənib.

    2024-cü ilin dekabr ayında Əsəd rejimi Suriyada süqut etdi, bu da Türkiyə ilə İsraili "gizli" bir mübarizəyə yaxınlaşdırdı ki, müşahidəçilər bu mübarizəni "regional hegemonluq" uğrunda bir münaqişə olaraq qiymətləndirirlər.

    Bəzi siyasi çərhçilər hesab edir ki, Əsədin süqutundan sonra, İsrailin yeni Suriya hökumətinin mülkiyyətlərinə etdiyi zərbələr əslində dolayı yolla Ankaranın maraqların xidmət edir. Belə ki, yeni Suriya hakimiyyəti bu boşluğu doldurmaq üçün Ankaradan kömək istəyəcək ki, bu Ankaraya Hizbullah və İran İnqilab Keşikçilərinin yerini tutamasına imkan yaradacaq. İddia olunur ki, İsrailin Suriyanı bombalaması ən böyük əshvlərdən biri idi belə ki , artıq İsrail sərhədlərində İran və Hizbullah yox, NATO –nun ən güclü urdusu olan Türk ordusu dayanacaq.

    Ərdoğan və İsrail baş naziri Benjamin Netanyahu illər ərzində sərt və kəskin açıqlamalar verib, Prezident Ərdoğan İsraili açıq şəkildə tənqid etmiş və fələstinlilərin müdafiəçisi olmuşdur.

    Əlaqələrin ən pis olduğu nöqtə 2010-cu ildə baş vermişdi, o zaman Türkiyə rəhbərliyində olan bir flotanın Qəzza zolağındakı İsrail blokadasını sındırmağa cəhd etməsi İsrail qoşunları ilə toqquşaraq 10 türk vətəndaşının ölümünə səbəb olmuşdu və Ərdoğan İsraili müharibə cinayətində ittiham etmişdi.

    2017-ci ildə əlaqələr nisbətən yaxşılaşsa da, 2018-ci ildə Qəzza və Qüds məsələləri üzündən iki ölkə diplomatik gərginlik yaşadı və hər iki ölkə səfirini geri çağırdı. 2022-ci ildə isə İsrail prezidenti İshak Hertzogun Ankaraya səfəri ilə bir daha əlaqələrin yaxşılaşması cəhdi edildi.

    İsrailin Qəzzaya qarşı apardığı amansız müharibə nəticəsində Ərdoğan bütün əlaqələri kəsdiyini elan etdi və tərəflər bir-birinə ticarət maneələri tətbiq etdi. Bu addım 2024-cü ilin aprelində baş verdi.

    Türkiyə, həmçinin Cənubi Afrika ilə birlikdə, İsraili Fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsində qaldırdıqları iddianaməyə qoşuldu. Müharibə zamanı Türkiyə Qəzzaya böyük miqdarda humanitar yardımlar göndərdi.

    Türkiyə və İsrail arasında, əlaqələrin əsasını təşkil edən turizm sahəsi demək olar ki, tamamilə yox oldu və hazırda iki ölkə arasında birbaşa uçuşlar mövcud deyil. Bu yol əvvəllər İsraildən ən çox istifadə edilən uçuş yollarından biri idi.

    Fələstinli siyasi lider İsmail Həniyə Tehran yaxınlığında qətlə yetirildikdə, Türkiyə bayraqları yarıya endirildi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu qətl əməliyyatına cavab olaraq milli matəm günü elan etdi.
    Son vaxtlar Suriya ilə bağlı baş verən hadisələr, ölkəni açıq müharibə vəziyyətinə gətirdi və bu, Türkiyə və İsraili öz hərbi qüvvələrini Suriyaya göndərməyə vadar etdi, lakin hər iki ölkə fərqli bölgələrə qüvvələr yerləşdirdi.

    Əsəd rejiminin Dəməşqdən süqut etməzdən əvvəl, Türkiyəli araşdırmaçı Murad Yeşiltaş, 11 oktyabr 2024-cü ildə "Sabah" qəzetində yazdı ki, "Türkiyənin hərbi, təhlükəsizlik və kəşfiyyat cəmiyyətinin Yaxın Şərqdəki yeni təhlükəsizlik boşluğuna necə reaksiya verəcəyini yenidən düşünməsi lazımdır. İsrail və İran arasındakı hərbi gərginliyin artması, İsrailin Qəzza, Livan və Suriya üzrə aqressiv siyasətləri və ABŞ-ın strateji qeyri-müəyyənliyi, Türkiyənin təhlükəsizlik və müdafiə doktrinini yenidən nəzərdən keçirməsini vacib edir."
    Əsədin rejiminin süqutundan sonra, ki, bu, əslində Türk qərarı kimi görünürdü, İsrailin Türkiyə məsələləri üzrə mütəxəssisi və Bar-İlan Universitetinin Ümumi Tarix Bölümünün professoru İfrat Aviv, "Media Line" qəzetinə verdiyi müsahibəsində: "İsrail ilə Türkiyə arasında gələcəkdə hərbi qarşıdurma ehtimalı var. Bu, bölgədə son dövrlərdə baş verən bütün hadisələr kimi, qeyri-adi bir vəziyyətdir."-deyib.

    İsraillilər hesab edir ki, əgər Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma baş versə, bu çox ciddi fəasadlara yol açacaq.
    "İsrail, Şimali sərhədində başqa bir İranın mövcud olmasına icazə verə bilməz, hətta bu, Türkiyə ilə qarşıdurmaya gətirib çıxararsa da. Əgər Türkiyə Suriyanı işğal etməyə qərar verərsə, İsraildən oradakı qoşunlarını çıxarmağı istəyə bilməz, çünki İsrail öz maraqlarını qorumağa borcludur."-deyə Aviv bildirib.

    Yanvarın ilk həftəsində, İsrail hökumətinin yaratdığı "Nagel" komissiyasının ən son hesabatı, Türkiyənin Osmanlı dövründəki nüfuzunu bərpa etməyi hədəflədiyini və bunun İsraillə gərginliyin artmasına, hətta hərbi münaqişəyə yol aça biləcəyini qeyd etdi. Hesabatda, Suriya üzrə Türkiyə ilə ittifaqda olan müxalifət qruplarının İsrailin təhlükəsizliyinə yeni və güclü bir təhdid yaratdığı vurğulandı.

    Nagel komissiyası, İsrailin, Türkiyənin böyük miqdarda pul və qüvvə yatırdığı şimal bölgəsində hərbi qarşıdurma ehtimalına qarşı geniş miqyasda hazırlıq görməsini tövsiyə etdi.

    Nagel hesabatının yayımlandığı gündə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, regional müdaxilələrə qarşı güc istifadə etməyi istisna etmədiyini, Suriya bölünməsinin qarşısını almaq üçün "lazımi tədbirlər" alacağını bildirdi və əlavə etdi ki, "Əgər ən kiçik təhlükə hiss etsək, müdaxilə edəcəyik."

    Şübhəsiz ki, regionda İsrail və Türkiyə kimi böyük güclər, xüsusilə Suriya məsələsində, İranın rəhbərlik etdiyi cəbhənin dağılmasından böyük fayda əldə ediblər. Lakin hər iki ölkə, gələcəkdə münaqişənin qarşısını almaq üçün dialoq mexanizmasına ehtiyac duyacaq.

    #Təhlil #Suriya xəbərləri #Suriya və İsrail gərginliyi #İsrail Suriyadan nə istəyir? #Suriya və İsrail arasında diplomatik əlaqələr mümkündürmü? #İsrail və ABŞ-ın Suriya siyasəti üst-üstə düşürmü? #İsrail və Suriya arasında sülh ehtimalı varmı? #Suriyada İsrail-Türkiyə qarşıdurması #İsrail niyə Suriyaya hücum edir? #Suriyada İsrail və Türkiyə arasında müharibə ola bilərmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

    20 Yanvar 2026 13:52

    Hakan Fidan və Tom Barrak Türkiyə–ABŞ münasibətləri və Suriya məsələsini müzakirə ediblər

    20 Yanvar 2026 13:14

    Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir - Bahçeli

    20 Yanvar 2026 12:42

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15

    Səudiyyə Ərəbistanının yardım agentliyi ehtiyacı olan ölkələrə humanitar dəstəyi davam etdirir

    17 Yanvar 2026 16:44

    Suriya ordusu Rəqqaya girdi

    17 Yanvar 2026 15:25

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    16 Yanvar 2026 15:21

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    16 Yanvar 2026 13:13

    Suriya ordusu Hələbin şərqində mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açır

    15 Yanvar 2026 09:39
    Demo
    XƏBƏR LENTİ

    Typhoon qırıcılarının tədarükü üçün Qətərdə üçtərəfli kritik görüş keçirilib

    Dünyanın ən böyük atom elektrik stansiyası fəaliyyətə başladıqdan bir gün sonra qəza səbəbindən dayanıb

    Bayrağa qarşı hücum milli dəyərlərə yönəlmiş təxribatdır - Türkiyə MN

    Ötən il əlilliyi olan 44 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

    Keçən il Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı 262 milyon dolları keçib (ÖZƏL)

    Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    Fənərbaxça UEFA Avropa Liqasında Aston Villa komandasını qəbul edir

    "Moody`s" Azərbaycanın investisiya reytinqini təsdiqləyib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.