Əsas səhifə » Cozef Aun ABŞ və Fransanı İsrailin hava hücumlarını dayandırmağa çağırıb

Cozef Aun ABŞ və Fransanı İsrailin hava hücumlarını dayandırmağa çağırıb

BAKI, AzerVoice

Livan Prezidenti Cozef Aun Beyrutun cənubundakı Hadas bölgəsinə endirilən hava zərbəsini pisləyib və ABŞ ilə Fransadan İsrailin atəşkəsi pozmasına son qoyması üçün tədbir görmələrini tələb edib.

AzerVoice xəbər verir ki, bu barədə Cozef Aunun verdiyi açıqlamada deyilir.

"Ötən ilin 27 noyabr tarixində qüvvəyə minən atəşkəs razılaşmasının zəmanətçiləri, o cümlədən ABŞ və Fransa, İsrailin Livana etdiyi hücumların qarşısını almaq üçün qəti tədbirlər görməlidirlər. Vaşinqton və Paris İsraili dərhal hücumları dayandırmağa məcbur etməlidir" – deyə, o bildirib.

Qeyd edək ki, bugün İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın paytaxtı Beyrutun cənubundakı Hadas bölgəsinə zərbələr endiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice