Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Bu gün ABŞ Əfqanıstanı işğal etməyə başladı

    7 Oktyabr 2025 09:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    2001-ci ilin 7 oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Talibanın nəzarətində olan Əfqanıstana hücum əməliyyatına başladı. ABŞ və Böyük Britaniya qüvvələrinin intensiv hava bombardmanı ilə başlanan əməliyyata Fransa, Almaniya, Avstraliya və Kanada kimi ölkələr logistik dəstək göstərdi. Daha sonra Talibana qarşı mübarizə aparan Şimal İttifaqının döyüşçüləri də əməliyyata qoşuldu. Əfqanıstanın işğalı ABŞ-ın “terrora qarşı müharibə” adlandırdığı kampaniyanın ilk mərhələsi idi və 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumlarına cavab kimi həyata keçirilirdi. Bu münaqişə 20 ilə yaxın davam etdi və ABŞ tarixinin ən uzunmüddətli müharibəsinə çevrildi.

    ABŞ ordusunun terminologiyasında “Operation Enduring Freedom” (“Davamlı Azadlıq Əməliyyatı”) adlandırılan bu hücum, terror təşkilatı lideri Usamə bin Ladenin rəhbərlik etdiyi “əl-Qaidə” qrupunu və ona sığınacaq verən Taliban hökumətini hədəfə almışdı. Taliban 1996-cı ildən etibarən ölkənin böyük hissəsini idarə edir, sərt dini qanunlarla bütün Əfqanıstanı nəzarətdə saxlayırdı.

    Əməliyyatın başlanması və ilk mərhələlər

    Hücumdan əvvəl həm Birləşmiş Ştatlar, həm də BMT Təhlükəsizlik Şurası Taliban hökumətindən Usamə bin Ladeni təhvil verməsini tələb etmişdi. Lakin Talibanın təklifləri - məsələn, bin Ladenin İslam məhkəməsində mühakimə olunması kimi - qənaətbəxş sayılmadı.

    Bunun ardınca ABŞ rəhbərliyindəki koalisiya Kabil, Qəndəhar, Cəlalabad, Kunduz və Məzari-Şərifdəki Taliban və “əl-Qaidə” obyektlərinə hava hücumları başladı. Eyni zamanda, müttəfiq təyyarələr əfqan mülki əhalisi üçün humanitar yardım yükləri atırdı. Taliban isə bu əməliyyatları “İslama qarşı hücum” adlandırdı.

    Hava zərbələri Talibanın müdafiəsini zəiflədikdən sonra quru əməliyyatı başlandı. Şimal İttifaqı əsas döyüş qüvvəsini təmin edir, ABŞ və digər ölkələr isə hava və quru dəstəyi verirdi. 12 noyabrda, əməliyyatın başlanmasından bir ay sonra, Taliban qüvvələri paytaxt Kabildən geri çəkildi. Dekabrın əvvəlində isə Qəndəhar -Talibanın son qalası-da ələ keçirildi və Taliban lideri Molla Məhəmməd Ömər gizləndi.

    Tora Bora və bin Ladenin qaçışı

    “Əl-Qaidə” Tora Bora dağlıq bölgəsində gizləndi və burada ABŞ xüsusi təyinatlıları tərəfindən dəstəklənən anti-Taliban qüvvələri ilə qarşıdurmaya girdilər. Qısa müddət sonra “əl-Qaidə” saxta atəşkəs elan etdi ki, bu da Usamə bin Laden və onun tərəfdarlarının Pakistana qaçmasına şərait yaratmaq məqsədi daşıyırdı.

    Dekabrın ortalarında Tora Bora-da “əl-Qaidə”nın bunker və mağara kompleksi ələ keçirildi, lakin bin Ladenin izi tapılmadı. Onun tapılması 10 il çəkdi - nəhayət, 2 may 2011-ci ildə ABŞ dəniz qüvvələrinin xüsusi təyinatlıları (SEAL) bin Ladeni Pakistanda zərərsizləşdirdi.

    Yeni hökumət və ameriansayağı “demokratiyaya” keçid

    Tora Bora hadisələrindən sonra Hamid Kərzainin rəhbərliyi altında Əfqan tayfa liderləri və keçmiş mühacirlərin şurası yaradıldı. Kərzai əvvəlcə müvəqqəti lider, daha sonra isə 7 dekabr 2004-cü ildə ölkənin ilk demokratik yolla seçilmiş prezidenti oldu.

    Buna baxmayaraq, demokratik keçid prosesi asan olmadı. ABŞ-ın 10 mindən çox əsgəri Əfqanıstanda qalırdı və bu dövrdə həm “əl-Qaidə”, həm də Taliban qüvvələri Pakistan-Əfqanıstan sərhədindəki dağlıq bölgələrdə yenidən toplaşmağa başladı. Onlar partizan müharibəsi, terror aktları, dövlət məmurlarına və yardım işçilərinə sui-qəsdlər və əcnəbilərin oğurlanması kimi üsullarla uzunmüddətli müqavimət göstərdilər.

    Fevral 2020-də ABŞ və Taliban arasında sülh sazişi imzalansa da, hər iki tərəf düşmənçilik əməliyyatlarını dayandırmadı.

    ABŞ-ın rəzalətli çıxışı və Talibanın qayıdışı

    2021-ci ilin aprelində ABŞ prezidenti Co Bayden - özündən əvvəlki iki prezident kimi - Əfqanıstan müharibəsini bitirmək vədi verdi. O, 11 sentyabr 2021-i ABŞ qoşunlarının tam çıxışı üçün son tarix kimi təyin etdi və çıxarılma prosesi may ayında başladı.

    Lakin avqustun əvvəlinə doğru Taliban sürətlə ölkəni ələ keçirməyə başladı. 15 avqust 2021-də paytaxt Kabil Talibana keçdi və Əfqanıstan prezidenti Əşrəf Qani BƏƏ-yə qaçdı.

    31 avqust 2021-də ABŞ prezidenti Co Bayden Əfqanıstan müharibəsinin rəsmi olaraq bitdiyini elan etdi.

    Müharibənin nəticələri və insan itkiləri

    İki onillik davam edən müharibə böyük itkilərlə nəticələndi:
    3,500-dən çox koalisiya əsgəri həlak oldu,
    20 mindən artıq amerikalı yaralandı,
    69,000 Əfqan təhlükəsizlik qüvvəsi və 51,000 mülki şəxs həyatını itirdi,
    Təxminən 51,000 silahlı Taliban döyüşçüsü öldürüldü.
    BMT-nin məlumatına görə, 2012-ci ildən bəri təxminən 5 milyon əfqan məcburi köçkünə çevrilib. Bu, Əfqanıstanı dünyanın üçüncü ən böyük məcburi köçkün əhalisinə malik ölkəsi halına gətirib.

    #Almaniya #ABŞ #Kanada #Fransa #Böyük Britaniya #Kabil #Taliban #Həmid Kərzai #Həmid Kərzai Taliban hökumətinə nə dedi? #Qəndəhar #Terrora Qarşı Qüvvə #terrora qarşı müharibə #Operation Enduring Freedom #Cəlalabad #Kunduz #Məzari-Şərif #slama qarşı hücum #Molla Məhəmməd Ömər #Tora Bora #anti-Taliban #SEAL #Pakistan-Əfqanıstan #Əşrəf Qani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    13 Oktyabr 2025 03:00

    Fransanın yeni hökumət tərkibi açıqlanıb

    13 Oktyabr 2025 00:54

    Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı sülh sammitində iştirak edəcəklər

    12 Oktyabr 2025 22:56

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    12 Oktyabr 2025 20:00

    Pakistan və Əfqanıstan arasında gərginlik - beynəlxalq ictimaiyyət təmkin və dialoqa çağırır

    12 Oktyabr 2025 12:38

    Türkiyədən Fransaya mebel ixracı azalıb (ÖZƏL)

    12 Oktyabr 2025 12:00

    İstanbul otellərində payız mövsümündə güclü turist axını müşahidə olunur

    12 Oktyabr 2025 12:00

    Makron Qəzza danışıqları üçün Misirə səfər edəcək

    12 Oktyabr 2025 00:20

    ABŞ hərbçiləri Qəzzaya daxil olmayacaq

    11 Oktyabr 2025 20:24

    Carlyle və Qətər İnvestisiya Fondu BASF-in avtomobil boyaları bölməsini 7,7 milyard avroya alır

    11 Oktyabr 2025 14:04

    Donald Trampın səhhəti “əladır”

    11 Oktyabr 2025 11:50

    Hörmüz Boğazının bağlanması qərarı yüksək səviyyəli rəsmilərə aiddir - SEPAH

    11 Oktyabr 2025 11:43
    Demo
    XƏBƏR LENTİ

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    Fransanın yeni hökumət tərkibi açıqlanıb

    44 günlük Vətən müharibəsinin xronikası: 13 oktyabr

    Tarixdə bu gün - 13 oktyabr

    Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı sülh sammitində iştirak edəcəklər

    Qəzza ilə bağlı yekun həll Fələstin dövlətinin yaradılması olacaq - Qahirə

    İndoneziya sülhü dəstəkləmək üçün Qəzzaya qoşun göndərməyə hazırdır - Vens

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    Prezident İlham Əliyev: Bu gün Beynəlxalq Hakimlər Assosiasiyası beynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır

    Prezident İlham Əliyev: Müasir dövrün çağırışları məhkəmə sistemlərindən daim adaptasiya olunmağı tələb edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.