Bakı,
AzerVoice
HƏMAS və İsrail arasında baş tutacaq altıncı girov mübadiləsi
çərçivəsində 369 fələstinli məhbus azad ediləcək.
AzerVoice xəbər verir ki, Yanvarın
19-dan bəri davam edən atəşkəs çərçivəsində beş girov mübadiləsi
artıq həyata keçirilib.
Bu gün baş tutacaq 6-cı mübadilə isə mübahisələr və
qeyri-müəyyənliklər fonunda son anda razılaşdırılıb.
Əvvəlki girov mübadilələri çərçivəsində HƏMAS ümumilikdə 16 israilli və 5 taylandlı girovu azad edib. Bunun qarşılığında İsrail həbsxanalarından cəmi 766 fələstinli məhbus sərbəst buraxılıb
Qeyd edək ki, HƏMAS İsrailin qanun pozuntularına və humanitar yardımla bağlı öhdəliklərinə əməl etməməsinə görə 6-cı girov mübadiləsini son ana qədər dayandırıb. Prosesi Dohadakı vasitəçilərin müdaxiləsi nəticəsində həll etmək mümkün olub və HƏMAS 3 israilli girovu azad etdiyini açıqlayıb.