BAKI, AzerVoice, Nailə Babazadə
İdman qidaları sahəsində tanınmış marka 15 noyabrda Bakıda rəsmi təqdimat keçirəcək.
Türkiyənin yerli və milli idman qidaları markası olan HIQ Nutrition, Azərbaycan bazarına rəsmi şəkildə daxil olur. Markanın rəsmi təmsilçisi Maçkar Xarici Ticarət, təqdimat mərasimini 15 noyabr 2025-ci il, şənbə günü, saat 14:00-da Bakının “Golden Coast Hotel”ində keçirəcək.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri, eləcə də Azərbaycan Fitness Federasiyasının prezidenti iştirak edəcək. Bununla yanaşı, Türkiyə və Azərbaycandan tanınmış idmançılar, məşqçilər, influencerlər və distribütor nümayəndələri də tədbirə qatılacaq.
Təqdimat zamanı HIQ Nutrition markasının məhsul çeşidləri nümayiş etdiriləcək, həmçinin şirkətin Azərbaycandakı rəsmi distribütor fəaliyyətinə start veriləcək.
Maçkar Xarici Ticarətin qurucusu Şenol Karadoğan mərasimdə çıxış edərək iki ölkə arasında ticari və mədəni əlaqələrin inkişafının önəmini vurğulayacaq.
Proqram çərçivəsində idmançı sağlamlığı, düzgün qidalanma və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzularında çıxışlar da olacaq.
Yerli istehsal, yüksək keyfiyyət standartları və elmi Ar-Ge işləri ilə seçilən HIQ Nutrition, Azərbaycan təqdimatı ilə regional inkişaf strategiyasında mühüm addım atır.